Icma.az
close
up
RU
Mina terroru davam edir...

Mina terroru davam edir...

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan dünyada mina terrorundan ən çox əziyyət çəkən ölkələrdən biridir. 30 illik işğal dövründə Ermənistan  xeyli sayda hərbi cinayətlər törədib ki, bunların sırasında mina terroru əsas yerlərdən birini tutur. Ermənistanın mina terroru hələ də davam edir.

Bu dəfə Cəbrayıl rayonunda...

Belə ki, iyulun 23-də işğaldan azad edilmiş Cəbrayıl rayonunun Həsənli kəndi ərazisində mina partlayışı hadisəsi baş verib. Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri bu barədə məlumat yayıb. Bildirilib ki, 1979-cu il təvəllüdlü Cəbrayıl rayonu Qumlaq kənd sakini Şəmilov Elşən Bəhlul oğlu minalardan təmizlənməmiş ərazidə traktorla yer şumlayarkən mina partlayışı nəticəsində xəsarət alıb.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır. ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsindən sonra yüzlərlə Azərbaycan vətəndaşı Ermənistanın mina terrorunun qurbanına çevrilib. Bu, yalnız fiziki deyil, həm də insanların psixoloji və sosial baxımdan dərindən təsirləndiyi ciddi problemdir. İşğal dövründə ərazilərimizə basdırılmış minalar regionda qalıcı sülhün bərqərar olmasına ciddi təhdid yaradır. Bu təhlükənin qarşısının alınması üçün beynəlxalq əməkdaşlıq və yardımlar olduqca vacibdir. Eyni zamanda, Ermənistanın minalarla çirkləndirdiyi ərazilərdəki humanitar vəziyyətin ciddi şəkildə nəzərə alınması və Ermənistanın beynəlxalq hüquq çərçivəsində məsuliyyətə cəlb edilməsi aidiyyəti beynəlxalq qurumlar qarşısında mühüm öhdəlik olaraq qalmaqdadır. Minaların məqsədli şəkildə basdırılması insan hüquqlarının ciddi pozulmasına, regionda sülhün və təhlükəsizliyin bərpasını çətinləşdirməyə səbəb olur.

Problem qayıdış prosesinə əngəl yaradır

Digər tərəfdən, ərazilərimizdə basdırılmış minalar və partlamamış hərbi sursatlar işğaldan azad edilmiş bölgədə bərpa və yenidənqurma işlərinin icra edilməsinə, keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə öz yurdlarına qayıdışına və bu torpaqlarda yaşayışına ciddi maneə törədir. Ermənistan tərəfindən 30 ilə yaxın işğal dövründə basdırılmış minaların dəqiq xəritələrinin təqdim olunmaması isə onların beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsiplərinə hörmətsizliyini hələ də açıq şəkildə nümayiş etdirməkdədir. Xüsusilə, mina qurbanlarının sayının artmasının əsas səbəblərindən biri  Ermənistanın üzərinə götürdüyü öhdəliyə zidd olaraq dəqiq mina xəritələrini ölkəmizə verməməsidir.

Məlumdur ki, müharibə başa çatandan sonra Ermənistan mina xəritələrinin bir hissəsini Azərbaycan tərəfinə təhvil vermişdi. Lakin araşdırmalar nəticəsində məlum oldu ki, erməni tərəfinin təqdim etdiyi xəritələrin cəmi 25 faizi düzgündür. Rəsmi Bakı dəfələrlə Ermənistana dəqiq xəritələrin verilməsi ilə bağlı çağırış edib. Nəzərə almaq lazımdır ki, mülki təyinatlı ərazilərin kütləvi şəkildə minalanması beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulması ilə yanaşı, insanlıq əleyhinə törədilən cinayətdir. Ermənistanın minaları təmas xəttindən kənarda da basdırmasının məqsədi mülki insanların daha çox itki verməsi məqsədi daşıyır. Hazırda azad olunmuş ərazilərdə böyük quruculuq işləri həyata keçirilir. Həmin ərazilərdə mina qurbanı olanlar da daha çox quruculuq işləri ilə məşğul olan mülki şəxslərdir. Bu fakt bərpa işlərinin daha sürətli aparılmasına ciddi əngəl törədir. Ona görə də, müvafiq beynəlxalq təşkilatlar, bütövlükdə dünya ictimaiyyəti Azərbaycanın çağırışlarına adekvat cavab verməli və bütünlüklə, dəqiq mina xəritələrinin ölkəmizə təhvil verilməsi üçün rəsmi İrəvana təzyiq göstərilməlidir.

Nə qədər ərazi minalardan təmizlənib?

Qeyd edək ki, iyulun 17-də ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov mətbuat konfransında minatəmizləmə işləri barədə məlumat verib. V.Süleymanov deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramının əsas prioritetlərindən biri humanitar minatəmizləmə fəaliyyətidir. Onun sözlərinə görə, ANAMA-nın fəaliyyəti nəticəsində hər gün yeni ərazilər mina təhlükəsindən təmizlənərək yaşayış, infrastruktur və kənd təsərrüfatı məqsədləri üçün təhlükəsiz istifadəyə verilir: “Bir zamanlar hər addımı təhlükəli olan torpaqlarda bu gün həyat yenidən canlanır, kəndlər, şəhərlər salınır, irimiqyaslı layihələr icra edilir. İşğaldan azad edilmiş ərazilərdə bu istiqamətdə aparılan minatəmizləmə əməliyyatları nəticəsində 287 min 385 hektar təmizlənib, 255 min 200 (189 min 097 ədəd digər partlayıcı sursat, 42 min 235 ədəd piyadaəleyhinə mina, 23 min 868 ədəd tankəleyhinə mina) mina və digər partlayıcı sursatlar aşkar edilərək zərərsizləşdirilib”.

V.Süleymanov qeyd edib ki, ANAMA müasir texnologiyalar, innovativ metodologiyalar, mexaniki minatəmizləmə vasitələri, minaaxtaran itlər və yüksəkixtisaslı mütəxəssislərin iştirakı ilə genişmiqyaslı əməliyyatlar həyata keçirir. Onun sözlərinə görə, Azərbaycanın humanitar minatəmizləmə təcrübəsi beynəlxalq səviyyədə maraqla öyrənilən və nümunə göstərilən fəaliyyət istiqamətlərindən biridir: “Ən müasir texnologiyalar və mexaniki vasitələrdən istifadə olunsa da, humanitar minatəmizləmənin əsas hərəkətverici qüvvəsi insan əməyidir. Minaaxtaranların peşəkarlığı, dəqiqliyi və məsuliyyəti hər bir əməliyyatın uğurunu təmin edən əsas amildir. Agentliyin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin aradan qaldırılması, insanların təhlükəsiz qayıdışının təmin olunması və ölkəmizin davamlı inkişafına töhfə verməkdir”.

Bundan əlavə, ANAMA-nın rəhbəri minatəmizləmə işlərində yeni avadanlıqların tətbiqi və süni intellektin bu sahədə istifadəsi ilə bağlı araşdırmalar aparıldığını da diqqətə çatdırıb. O qeyd edib ki, agentlik yeniliklərə açıqdır: “Lakin bunlar hələlik innovasiya və tədqiqat mərhələsindədir. Minatəmizləmə prosesinə gəldikdə isə, dünyanın əksər ölkələrində olduğu kimi, hazırda ənənəvi üsullardan istifadə olunur. Ümid edirik ki, gələcəkdə yeni innovasiyalar minatəmizləmə sahəsinə də ciddi təsir göstərəcək. Ancaq hələ ki, dünyanın heç bir yerində bu istiqamətdə köklü texnoloji sıçrayış baş verməyib”.

Beynəlxalq birlik biganə qalmamalıdır!

Ölkəmiz beynəlxalq ictimaiyyəti mütəmadi olaraq Ermənistanın mina terroru barədə məlumatlandırır, müxtəlif platformalar çərçivəsində bu yöndə tədbirlər keçirir. Məqsəd beynəlxalq birliyin diqqətini problemin həllinə yönəltməkdir. Bütün bunları nəzərə alaraq, beynəlxalq ictimaiyyət  minatəmizləmə fəaliyyətlərinin təxirəsalınmazlığını qəbul etməli, Azərbaycanın davam edən minatəmizləmə səylərinə dəstək olmalıdır. Çünki sözügedən ərazilər minalarla həddən artıq çirkləndirilib. Müsbət haldır ki, ölkəmizin dostları bu istiqamətdə öz dəstəyini göstərir. Bütün bunlarla yanaşı, müvafiq beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan haqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı davam etdirilən mina terroruna biganə qalmamalıdır.

Yeri gəlmişkən, ANAMA Azərbaycanın mina problemi sahəsində gördüyü işlər ilə bağlı cari ilin sentyabrında beynəlxalq konfrans keçirməyi planlaşdırır. Həmin tədbir mina probleminin dünya ictimaiyyətinə bir daha çatdırılması istiqamətində növbəti imkan olacaq.

Nardar BAYRAMLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 İyul 2026 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Asif İbrahimov: Hazırda bazarlar neftdən çox müharibəyə reaksiya verir

23 İyul 2026 14:47see589

ABŞ administrasiyası diplomatiyaya qapını bağlamaq istəmir

23 İyul 2026 15:33see521

5 dəqiqəlik üsulla stressi idarə edin

23 İyul 2026 15:05see371

Ət niyə od tutub yanır?

23 İyul 2026 13:49see363

Sosial yardımlar və müavinətlərin ödəniləcəyi tarix AÇIQLANDI

23 İyul 2026 18:24see354

Dövlət bağçası, yoxsa özəl?

24 İyul 2026 09:16see328

Gürcüstanın işığını kimsə söndürdü?.. KİBER HÜCUM? Yoxsa!.. FOTO

24 İyul 2026 07:39see307

İngiltərədən İrana savaş mesajı verildi: “Hazırıq!” KONKRET

24 İyul 2026 09:21see295

Azərbaycana turist axını zəifləyir: İqtisadçı acı reallığı açıqladı

23 İyul 2026 18:49see252

Yuxuda kosmosa uçmağın mənası nədir?

24 İyul 2026 09:24see248

Neft 100 dollar oldu: Maaş və pensiya artacaq?

23 İyul 2026 17:27see245

Azərbaycan bitkiçilik məhsullarının ixracını genişləndirir

23 İyul 2026 18:08see245

2 ci kurs tələbəsi vəfat etdi

24 İyul 2026 09:18see244

Avropada benzinin qiyməti qalxdı

23 İyul 2026 18:48see241

Azərbaycanın smartfon aldığı ölkələr Lider KİMDİR?

23 İyul 2026 19:12see235

Azad edilən 10 kəndə növbəti köç karvanları yola salındı KONKRET

24 İyul 2026 09:18see232

Dollar sabit qaldı, avro ucuzlaşdı Rəsmi

24 İyul 2026 09:24see220

Azərbaycanda “Panorama by ELIE SAAB” brendi ilə ilk yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib

23 İyul 2026 16:49see201

Zəka, iradə və qələbənin simvolu!

24 İyul 2026 09:16see197

Call of Duty oyununun mərhum yaradıcısına məxsus nadir Pagani hərraca çıxarılır

23 İyul 2026 16:22see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri