Icma.az
close
up
RU
Mina terroru davam edir...

Mina terroru davam edir...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Xidməti vəzifəsini yerinə yetirən polis Ağdamın Papravənd kəndində minaya düşüb 

Azərbaycan dünyada mina terrorundan ən çox əziyyət çəkən ölkələrdən biridir. 30 illik işğal dövründə Ermənistan  xeyli sayda hərbi cinayətlər törədib ki, bunların sırasında mina terroru da əsas yerlərdən birini tutur. Ermənistanın mina terroru hələ də davam edir.

Belə ki, iyunun 30-da Ağdam rayonunun Papravənd kəndi ərazisində mina hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin birgə məlumatında bildirilib. Ağdam rayon Polis Şöbəsinin əməkdaşı, polis nəfəri xidmət vaxtı rayonunun işğaldan azad edilmiş Papravənd kəndi ərazisində piyadaəleyhinə minaya düşməsi nəticəsində xəsarət alıb. Zərərəçəkmiş şəxsin sağ ayağı topuqdan amputasiya edilib.

XİN: Mina qurbanlarının sayı 399 nəfərə çatıb

Hadisəyə Azərbaycanın Xarici İşlər Nazirliyi də reaksiya verib. Nazirliyin “X” hesabında edilən paylaşımda bildirilib ki, 2020-ci il Vətən müharibəsinin bitməsindən sonra Azərbaycanda mina qurbanlarının ümumi sayı 399 nəfərə çatıb: “Ermənistanın mina ilə çirklənmiş ərazilərin tam və dəqiq xəritələrini təqdim etməkdən davamlı şəkildə imtina etməsi bu ərazilərdə yaşayan mülki şəxslər və digər insanlar üçün ciddi təhlükə yaradır. Beynəlxalq ictimaiyyət bu humanitar hüquq pozuntuları qarşısında səssiz qalmamalıdır”.

Göründüyü kimi, 44 günlük Vətən müharibəsindən bəri 400 nəfərə yaxın Azərbaycan vətəndaşı Ermənistanın mina terrorunun qurbanı olub. Bu, yalnız fiziki deyil, həm də insanların psixoloji və sosial baxımdan dərindən təsirləndiyi ciddi bir problemdir. İşğal dövründə ərazilərimizə basdırılmış minalar regionda qalıcı sülhün bərqərar olmasına ciddi təhdid yaradır. Bu təhlükənin qarşısının alınması üçün beynəlxalq əməkdaşlıq və yardımlar olduqca vacibdir. Eyni zamanda, Ermənistanın minalarla çirkləndirdiyi ərazilərdəki humanitar vəziyyətin ciddi şəkildə nəzərə alınması və Ermənistanın beynəlxalq hüquq çərçivəsində məsuliyyətə cəlb edilməsi aidiyyəti beynəlxalq qurumlar qarşısında mühüm bir öhdəlik olaraq qalmaqdadır. Minaların məqsədli şəkildə basdırılması insan hüquqlarının ciddi şəkildə pozulmasına, regionda sülhün və təhlükəsizliyin bərpasını çətinləşdirməyə səbəb olur.

Son bir həftədə nə qədər mina zərərsizləşdirilib?

Bütün bunları nəzərə alaraq, beynəlxalq ictimaiyyət  minatəmizləmə fəaliyyətlərinin təxirəsalınmazlığını qəbul etməli, Azərbaycanın davam edən minatəmizləmə səylərinə dəstək olmalıdır. Çünki sözügedən ərazilər minalarla həddən artıq çirkləndirilib. Yeri gəlmişkən, ANAMA işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən ötən həftə, yəni 23-29 iyun tarixlərində icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb. Verilən məlumata görə, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 85, tank əleyhinə 18 mina və 524 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Həmçinin həftə ərzində 1350.8 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib. Təkcə bu fakt belə, problemin nə dərəcədə ciddi olmasından xəbər verir.

Müsbət haldır ki, ölkəmizin dostları bu istiqamətdə öz dəstəyini göstərir. Buna nümunə olaraq, aprel ayında Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nun imzalanmasını göstərmək olar. Bütün bunlarla yanaşı, beynəlxalq ictimaiyyət Ermənistan tərəfindən törədilən hərbi və ekoloji cinayətlərə, humanitar hüquq pozuntularına sərt reaksiya verməli, dəqiq mina xəritələrinin Azərbaycana təqdim edilməsi istiqamətində bu ölkəyə ciddi təzyiqlər göstərməlidir.

Nardar BAYRAMLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 İyul 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see269

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see261

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see242

AFFA nın Lisenziya Komissiyasının iclasında Goranboy OİK in sənədlərinə baxıldı

19 Avqust 2026 20:06see231

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see226

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see212

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see208

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see196

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see189

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see179

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see168

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see167

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see166

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see162

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see161

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see161

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see161

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see157

OpenAI 2027 ci ildə birjaya çıxmağı planlaşdırır

20 Avqust 2026 03:04see155

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri