Icma.az
close
up
RU
Minanın 400 cü qurbanı...

Minanın 400 cü qurbanı...

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Erməni terroru davam edir

Azərbaycan dünyada mina terrorundan ən çox əziyyət çəkən ölkələrdən biridir. 30 illik işğal dövründə Ermənistan  xeyli sayda hərbi cinayətlər törədib ki, bunların sırasında mina terroru da əsas yerlərdən birini tutur. Ermənistanın mina terroru hələ də davam edir.

Bu dəfə Ağdərənin Həsənqaya kəndində...

Belə ki, iyulun 10-da Ağdərə rayonunun Həsənqaya kəndi ərazisində    tarixində mina hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri birgə məlumat yayıb. Məlumatda bildirilir ki, 1979-cu il təvəllüdlü Qulu Tufan oğlu Quluyev minalardan təmizlənməmiş Həsənqaya kəndi ərazisində mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır. ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırıb.

Xatırladaq ki, bu hadisədən bir müddət əvvəl də mina partlaması baş vermişdi. İyunun 30-da Ağdam rayonunun Papravənd kəndi ərazisində rayon Polis Şöbəsinin əməkdaşı xidmət vaxtı piyadaəleyhinə minaya düşərək xəsarət almışdı. Onun sağ ayağı topuqdan amputasiya edilib.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsindən bəri artıq 400 nəfər Azərbaycan vətəndaşı Ermənistanın mina terrorunun qurbanına çevrilib. Bu, yalnız fiziki deyil, həm də insanların psixoloji və sosial baxımdan dərindən təsirləndiyi ciddi bir problemdir.

İşğal dövründə ərazilərimizə basdırılmış minalar regionda qalıcı sülhün bərqərar olmasına ciddi təhdid yaradır. Bu təhlükənin qarşısının alınması üçün beynəlxalq əməkdaşlıq və yardımlar olduqca vacibdir. Eyni zamanda, Ermənistanın minalarla çirkləndirdiyi ərazilərdəki humanitar vəziyyətin ciddi şəkildə nəzərə alınması və Ermənistanın beynəlxalq hüquq çərçivəsində məsuliyyətə cəlb edilməsi aidiyyəti beynəlxalq qurumlar qarşısında mühüm bir öhdəlik olaraq qalmaqdadır. Minaların məqsədli şəkildə basdırılması insan hüquqlarının ciddi şəkildə pozulmasına, regionda sülhün və təhlükəsizliyin bərpasını çətinləşdirməyə səbəb olur.

Problem bərpa işlərinə əngəl yaradır

Digər tərəfdən, ərazilərimizdə basdırılmış minalar və partlamamış hərbi sursatlar işğaldan azad edilmiş bölgədə bərpa və yenidənqurma işlərinin icra edilməsinə, keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə öz yurdlarına qayıdışına və bu torpaqlarda yaşayışına ciddi maneə törədir. Ermənistan tərəfindən 30 ilə yaxın işğal dövründə basdırılmış minaların dəqiq xəritələrinin təqdim olunmaması isə onların beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsiplərinə hörmətsizliyini hələ də açıq şəkildə nümayiş etdirməkdədir. Xüsusilə, mina qurbanlarının sayının artmasının əsas səbəblərindən biri  Ermənistanın üzərinə götürdüyü öhdəliyə zidd olaraq dəqiq mina xəritələrini ölkəmizə verməməsidir. Məlumdur ki, müharibə başa çatandan sonra Ermənistan mina xəritələrinin bir hissəsini Azərbaycan tərəfinə təhvil vermişdi. Lakin araşdırmalar nəticəsində məlum oldu ki, erməni tərəfinin təqdim etdiyi xəritələrin cəmi 25 faizi düzgündür. Rəsmi Bakı dəfələrlə Ermənistana düzgün xəritələrin verilməsi ilə bağlı çağırış edib. Nəzərə almaq lazımdır ki, mülki təyinatlı ərazilərin kütləvi şəkildə minalanması beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulması ilə yanaşı, insanlıq əleyhinə törədilən cinayətdir. Ermənistanın minaları təmas xəttindən kənarda da basdırmasının məqsədi mülki insanların daha çox itki verməsi məqsədi daşıyır. Hazırda azad olunmuş ərazilərdə böyük quruculuq işləri həyata keçirilir. Həmin ərazilərdə mina qurbanı olanlar da daha çox quruculuq işləri ilə məşğul olan mülki şəxslərdir. Bu fakt bərpa işlərinin daha sürətli aparılmasına ciddi əngəl törədir. Ona görə də, müvafiq beynəlxalq təşkilatlar, bütövlükdə dünya ictimaiyyəti Azərbaycanın çağırışlarına adekvat cavab verməli və bütünlüklə, dəqiq mina xəritələrinin ölkəmizə təhvil verilməsi üçün rəsmi İrəvana təzyiq göstərilməlidir.

Bütün bunları nəzərə alaraq, beynəlxalq ictimaiyyət  minatəmizləmə fəaliyyətlərinin təxirəsalınmazlığını qəbul etməli, Azərbaycanın davam edən minatəmizləmə səylərinə dəstək olmalıdır. Çünki sözügedən ərazilər minalarla həddən artıq çirkləndirilib. Müsbət haldır ki, ölkəmizin dostları bu istiqamətdə öz dəstəyini göstərir. Bütün bunlarla yanaşı, müvafiq beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan haqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı davam etdirilən mina terroruna biganə qalmamalıdır.

Nardar BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 İyul 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1400

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see690

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see540

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see529

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see477

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see452

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see440

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see430

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see404

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see361

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see344

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see291

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see290

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see285

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see284
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri