Mingəçevirdə 15 yaşlı yeniyetmə kanalda batdı Boyunun uzanmasını istədiyi üçün üzməyə gedirmiş
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Mingəçevirdə bədbəxt hadisə baş verib. 15 yaşlı yeniyetmənin Qarabağ kanalının Yevlax rayonu ərazisindən keçən hissəsində batdığı bildirilir.
Şəhərin Bahar küçəsində yaşayan Hüseyn Rəsulovun yaxınlarının sözlərinə görə, o, iyunun 19-da kanala çimməyə gedibmiş.
"Mənimlə qalırdı. Çəmşid Naxçıvanski adına Hərbi Liseyə gedənə qədər boyunun uzanmasını istədiyi üçün üzməyə gedirdi. Oğlum gəlib dedi ki, ay ana, evimiz yıxıldı. Elə bil dünya başıma fırlandı", - deyə H.Rəsulovun nənəsi Təzəgül Rəsulova hadisə barədə danışarkən deyib.
Yeniyetmənin batdığı ehtimal edilən əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb ediliblər, axtarışlar davam etdirilir.
Ətraflı Baku TV-nin süjetində:
Mingəçevirdə 15 yaşlı yeniyetmə kanalda batdı - Boyunun uzanmasını istədiyi üçün üzməyə gedirmiş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 20 İyun 2025 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















