Icma.az
close
up
RU
Mingəçevirdə Azərbaycan Gürcüstan gənclərinin III beynəlxalq düşərgəsi başlayıb

Mingəçevirdə Azərbaycan Gürcüstan gənclərinin III beynəlxalq düşərgəsi başlayıb

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mingəçevir, 8 sentyabr, AZƏRTAC

Mingəçevirdə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan-Gürcüstan gənclərinin III beynəlxalq düşərgəsinin açılışı olub.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, sentyabrın 14-dək davam edəcək düşərgədə Azərbaycandan və Gürcüstandan olan 120 gənc iştirak edir. Məqsəd iki ölkə gəncləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, tələbə-gənclərin təcrübə mübadiləsi imkanlarının artırılması, qeyri-formal təhsil metod və vasitələrindən istifadə etməklə gənclərin şəxsi inkişafına töhfə verilməsi, eləcə də beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsidir.

Düşərgənin rəsmi açılışı Azərbaycanın və Gürcüstanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Tələbələrlə iş sektorunun müdiri Elnur Abdullayev, Mingəçevir Şəhər İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun baş məsləhətçisi Azər Hüseynov və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov çıxış edərək Azərbaycan-Gürcüstan gəncləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında bu cür tədbirlərin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, düşərgə proqramı çərçivəsində gənclərə könüllülük, icma həyatında iştirak, dayanıqlı inkişaf məqsədləri və dayanıqlı sahibkarlıq kimi mövzular üzrə təlim və interaktiv sessiyalar keçiriləcək. Bununla yanaşı, komanda işləri, idman yarışları və müxtəlif mədəni tədbirlər təşkil olunacaq.

Düşərgənin proqramında Azərbaycanın və Gürcüstanın mədəni irsinin qarşılıqlı tanıdılmasına xüsusi yer verilib. Bu məqsədlə milli mətbəx nümunələrinin hazırlanması, mədəniyyət gecəsi, təkrar emal olunmuş materiallardan moda nümayişi, komanda quruculuğu və digər fəaliyyətlərin keçirilməsi nəzərdə tutulub. Düşərgə iki ölkənin gənclərinin bir araya gəlməsinə, qarşılıqlı təcrübə mübadiləsi aparmasına, yeni dostluq və əməkdaşlıq əlaqələri qurmasına, eləcə də birgə təşəbbüslər üçün yeni imkanların formalaşmasına xidmət edir.

Tədbir bədii hissə ilə davam edib.

Müxbir – Vüsalə Cənnətova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Sentyabr 2026 21:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri