ADAU tələbəsi Gürcüstan Azərbaycan gənclərinin yay düşərgəsində iştirak edib
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Gəncə, 25 avqust, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tələbə Gənclər Təşkilatının sədri Mir Həsən Həsənov Gürcüstanın Anaklia şəhərində Gürcüstan-Azərbaycan gənclərinin yay düşərgəsində iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin əsas məqsədi hər iki ölkənin gəncləri arasında mədəni və ictimai əməkdaşlığı gücləndirmək, dostluq əlaqələrini möhkəmləndirmək, təcrübə mübadiləsi aparmaq və ortaq təşəbbüsləri dəstəkləməkdir.
Düşərgənin açılışında Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və Gürcüstanın təhsil, elm və gənclər nazirinin birinci müavini Levan Girsiaşvili iştirakçılarla görüşərək onların suallarını cavablandırıblar. Görüşdə Azərbaycan Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyinin Gənclərlə iş departamentinin rəhbəri İakinte Çxartişvili, “LEPL” gənclər agentliyinin direktoru vəzifəsini icra edən Vaxtanq Baakaşvili və səfirliyimizin müşaviri Kamal Xəlilov da iştirak ediblər.
Düşərgə müddətində gənclər komanda quruculuğu sessiyalarına və bir sıra idman oyunları üzrə müsabiqələrə qatılıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 25 Avqust 2025 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















