Mingəçevirdə Kürü keçək?! 5 üzgüçülük yarışı keçirilir
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu gün Mingəçevirdə, Kür çayının sahilində "Kürü keçək?! 5" üzgüçülük yarışı keçirilir.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutur.
Bu il ilk dəfə yarış iki məsafə üzrə təşkil olunur. 111 iştirakçı 1 000 metr, 505 iştirakçı isə 350 metr məsafədə mübarizə aparacaq.
İlk olaraq 350 metr məsafəyə üzmə yarışına start verilib.
Sağlam həyat tərzinin və su idman növlərinin təbliği məqsədilə keçirilən yarış bu il rekord sayda iştirakçını bir araya gətirib. Ümumilikdə 616 nəfərin qatıldığı yarışda ən gənc iştirakçının 12, ən yaşlının isə 79 yaşı var.
Kişilər və qadınlar arasında altı yaş kateqoriyası üzrə keçirilən yarışda hər kateqoriyada ilk üç yeri tutan iştirakçılar mükafatlandırılacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 08 Avqust 2026 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















