Zəfərimizin 5 illiyinə həsr olunan Kürü keçək?! adlı yarışı keçirilir
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Mingəçevirdə "Kürü keçək?!" adlı açıq suda üzmə yarışı başlayıb.
İdman.biz xəbər verir ki, ənənəvi kütləvi üzmə yarışı Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilir.
Mingəçevir şəhərində, Kür çayının iki sahili arasında baş tutan "Kürü keçək?!" adlı yarış rəşadətli Azərbaycan Ordusunun Zəfərinin 5 illiyinə həsr olunub.
Sayca 4-cü dəfə təşkil edilən yarışda ölkənin bütün şəhər və rayonlarından üzmə bacarığına malik, 12 yaşdan yuxarı şəxslər iştirak edirlər. İştirakçılar hazırlıq səviyyəsinə uyğun olaraq iki əsas kateqoriya üzrə mübarizə aparırlar.
"Peşəkarlar" kateqoriyasında 1050 metr, "Həvəskarlar" yarışında isə 350 metrlik məsafə qət ediləcək. Yarışlar 12-17, 18-23, 24-35, 36-55, 56-70 və 70+ yaş kateqoriyaları üzrə keçirilir. Ən yaşlı iştirakçının isə 79 yaşı var.
Bu il ilk dəfə olaraq yarışda 700 metr məsafəyə estafet yarışı da təşkil ediləcək.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 31 Avqust 2025 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















