Mingəçevirdə məktəbdə həyatını itirən şagirdin ölümünün TƏFƏRRÜATI
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Xəbər verildiyi kimi 9-cu sinif şagirdi məktəbdə qəfil dünyasını dəyişib. Hadisə Mingəçevir şəhərində yerləşən İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbdə baş verib.
Bizim Media-nın əldə etdiyi məlumata görə, məktəbin 9-cu sinif şagirdi Yusifov Yusif Yaşar oğlu tənəffüs zamanı dəhlizdə gəzərkən qəflətən yıxılıb. Ətrafda olan şagirdlər müəllimlərinə xəbər ediblər. Hadisə yerinə Təcili tibbi yardım briqadası çağırılsa da, məktəblinin həyatını xilas etmək mümkün olmayıb.
Məktəbdən Bizim.Media-ya verilən məlumata görə, Y. Yusif bir neçə ay öncə ürək əməliyyatı keçirib. Bu səbəbdən o, idman dərslərindən azad olunub.
Qeyd edək ki, yeniyetmə əslən Kəlbəcər rayonunun Susuzluq kənd sakinidir və Mingəçevir şəhərinin Tərəvəzçilik savxozunda yaşayırmış.
Ailənin yeganə övladı olub.
Leyla Vəfadarqızı, Bizim.Media, Aran bürosu
Baxış sayı:157
Bu xəbər 05 Fevral 2025 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















