Mingəçevirdə möhtəşəm açılış mərasimi: avarçəkmə və kanoe üzrə Prezident Kuboku başlayır
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Mingəçevir, 28 aprel, AZƏRTAC
Mingəçevirdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku-2026" beynəlxalq reqatasının rəsmi açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, açılış nitqi ilə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov yarış iştirakçılarını salamlayaraq, onlara uğurlar arzulayıb. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın tarixindəki vacib rolundan bəhs edib. İ.İsmayılov reqatanın Mingəçevir və digər bölgələrdə avarçəkmənin inkişafına təkan verdiyini diqqətə çatdırıb.
Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov artıq ənənəvi hal alan yarışın coğrafiyasının ildən-ilə daha da genişləndiyini bildirib, reqatanın ötən gün ilk dəfə Ağdərədə Sərsəng su anbarında start götürməsinin tarixi hadisə olduğunu vurğulayıb.
Azərbaycan Su İdman Növləri Federasiyasının icraçı vitse-prezidenti Fərhad Əliyev bu cür yarışların gənclər arasında idmana marağı artırdığını, yeni istedadların üzə çıxmasında vacib rol oynadığını qeyd edib. O, hər il olduğu kimi, bu dəfə də reqatanın maraqlı mübarizə vəd etdiyini söyləyib.
Daha sonra Ümummilli Lider Heydər Əliyev və akademik Zərifə Əliyevaya həsr olunmuş videoçarx nümayiş etdirilib. Bununla da, tədbirin rəsmi hissəsi başa çatıb. Mərasim bədii hissə ilə davam edir.
Qeyd edək ki, Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançının mübarizə aparacağı "Prezident Kuboku"nda yarışlara aprelin 29-da Suqovuşanda start veriləcək. Yarışın son 2 mərhələsi isə Mingəçevirdə olacaq. Reqataya mayın 1-də yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 28 Aprel 2026 20:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















