Icma.az
close
up
RU
Mingəçevirdə sosial evlər tikilsin Aydın Mirzəzadə

Mingəçevirdə sosial evlər tikilsin Aydın Mirzəzadə

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"Həssas sahələrə, sosial sahəyə, təhsilə, elmə, səhiyyəyə ayrılan vəsaitlərin ayrılması göstərir ki, bu məsələlər dövlətin, şəxsən cənab prezidentin diqqətində olan məsələlərdir. Eyni zamanda, müdafiə, təhlükəsizlik məsələləri də diqqətdə saxlanılması da olduqca həyati vacib məsələdir. Baxmayaraq ki, müharibə bitib, Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdığını ara-sıra etiraf edir, ancaq bununla belə xaricdə yenə də Azərbaycana qarşı təhdidlər var, yenə də Azərbaycan sərhəddi yaxınında güllə səsləri eşidilir və Azərbaycan həmişə özünü müdafiə etməyə hazır olmalıdır. Yeni silahların alınması, ordumuzun peşəkarlığının artırılması üçün də, əlbəttə ki, dövlət müvafiq vəsaitlər ayırır".

Redaktor.az xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə parlamentin bugünkü plenar iclasında çıxışında bildirdi.

Onun sözlərinə görə, kiber cinayətlərə qarşı mübarizə də bu gün dövlətin qarşısında duran vacib məsələlərdən biridir:

"Vaxtaşırı Azərbaycanın dövlət informasiya resurslarına hücumlarla bağlı xəbərlər eşidirik. Dünən dünyada baş verən informasiya sahəsində olan texniki problem isə onu göstərir ki, bu çox böyük diqqət və eyni zamanda resurs tələb edir. Və inanıram ki, dövlətimiz bu məsələdə də, kibertəhlükəsizliyin təmin edilməsi məsələsində də öz yolunu tapacaqdır".

A.Mirzəzadə deputatı olduğu Mingəçevir şəhəri ilə bağlı da məsələ qaldırdı.

"Təmsil etdiyim Mingəçevir şəhərində mənzilə böyük ehtiyac var. Və ona görə də çox xahiş edərdim, orada sosial evlərin tikintisi məsələsi diqqətə alınsın. Düzdür, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi xətti ilə şəhid ailələri və qazilər üçün bir bina tikilib, istifadəyə verilib, ikincisi tikilir və eyni zamanda sosial evlərin tikintisi ilə bağlı şəhər icra hakimiyyəti ilə danışıqlar gedir. Amma istəyərdim ki, bu, sistemli olsun. Bir neçə ildə Şəkidə, Gəncədə, Lənkəranda, ümumiyyətlə şəhərlərdə sosial evlərin tikintisini mən istəyərdim hökumət qarşısında bir vəzifə qoysun. İkinci təklifim isə ondan ibarətdir ki, əgər biz yerlərdə biznes təşəbüskarlığının artırılmasını istəyiriksə, orada verilən biznes kreditlərinin faizi Bakıdakından xeyli aşağı olmalıdır. Belə olarsa, həm yerlərdə təşəbbüskarlıq artar, gənclər öz şəhərlərində aşağı faizli kreditlərlə kiçik, böyük bizneslə məşğul olarlar. Eyni zamanda Azərbaycanın digər regionlarından da məhz region yerlərində iş yerləri açılmasına, biznesin inkişafına böyük dəstək olar", - deyə deputat bildirdi.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Noyabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri