Aydın Mirzəzadə: Ermənistan Azərbaycandan üzr istəməlidir
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
"44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə ətraf mühitin monitorinqi zamanı məlum oldu ki, Ermənistan işğal etdiyi əraziləri əvvəldən də bilindiyi kimi, barbarcasına dağıdıb, meşələri qırıb, suları çirkləndirib, məqsədli surətdə Azərbaycana qarşı ekoloji terror həyata keçirib".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasına deputat Aydın Mirzəzadə deyib:
"Cənab Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevin Ermənistana bir müraciətini oxudum: Ermənistan törətdiyi əməllərə - faşizmə, barbarlığa görə Azərbaycan xalqından üzr istəməlidir. Biz heç nəyi unutmarıq. Ermənistanın əvvəlki rəhbərləri, eləcə də indiki rəhbərlikdə təmsil olunan müəyyən şəxslər vaxtilə Azərbaycana qarşı aqressiv siyasətdə iştirak ediblər. Onlar Azərbaycanın inkişafına problemlər törədiblər, minlərlə insanlarımız şəhid olub, şəhərlərimiz dağıdılıb, mədəniyyətimiz, tarixi abidələrimiz viran qoyulub. Bütün bunlara görə Azərbaycan xalqı Ermənistandan üzr gözləyir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 27 Oktyabr 2026 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















