Mingəçevirdə Uşaq İncəsənət Festivalının məlumatlandırma görüşü keçirilib
Olay.az saytına istinadən Icma.az xəbər verir.
Mingəçevirdə Uşaq İncəsənət Festivalının məlumatlandırma görüşü keçirilib
Mingəçevirdə Uşaq İncəsənət Festivalının məlumatlandırma görüşü keçirilib.
OLAY yazır ki, martın 27-də Mingəçevir şəhərində Uşaq İncəsənət Festivalının məlumatlandırma görüşü (Infoday) keçirilib. Tədbirdə festivalın əsas məqsəd və vəzifələri, keçirilmə qaydaları və iştirak şərtləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
İnfoday çərçivəsində festivalın konsepsiyası, müraciət proseduru və festival daxilində reallaşdırılacaq layihələr barədə ətraflı video təqdimat nümayiş olunub. Tədbirdə iştirak edən uşaqlara festivalda qeydiyyat keçməklə bağlı müraciət qaydaları izah edilib.
Görüşdə Azərbaycan Respublikasının xalq artisti Ella Yaqubova və Azərbaycan Respublikasının əməkdar artisti Şıxı Yaqubov da iştirak etdi.
Sonda istedadlı uşaqların iştirakı ilə müxtəlif bədii nömrələr nümayiş olunub. Tədbir iştirakçıları festivalın uşaqların yaradıcılığını dəstəkləmək və incəsənətə marağı artırmaq baxımından mühüm rol oynadığını qeyd ediblər.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 28 Mart 2025 19:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















