Naxçıvanda Uşaq İncəsənət Festivalının 2 ci turu başlayıb
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Naxçıvan, 4 avqust, AZƏRTAC
Avqustun 4-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Uşaq İncəsənət Festivalı – 2025" çərçivəsində 2-ci seçim turuna Naxçıvanda start verilib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, seçim turu xor kollektivi, solo milli rəqs və milli rəqs ansamblı nominasiyaları üzrə olub.
Uşaq İncəsənət Festivalına Naxçıvan Muxtar Respublikası üzrə 1000-dən çox namizəd qeydiyyatdan keçib. Bunlardan 15-i kollektiv, 342 nəfəri isə fərdi nominasiyalar üzrə II turda iştirak hüququ qazanıb.
Festivalın keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq, milli mədəniyyətin və incəsənətin təbliği, uşaqların milli vətənpərvərlik, mədəniyyətə, incəsənətə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 05 Avqust 2025 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















