Icma.az
close
up
RU
“Mingəçevir”in problemləri təkcə elə sponsorsuzluqla bağlı olsaydı, nə var idi ki!

“Mingəçevir”in problemləri təkcə elə sponsorsuzluqla bağlı olsaydı, nə var idi ki!

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

“Mingəçevir”də artıq yeni dövr başlayır. Bəlli olduğu kimi, uzun müddətdi davam edən sponsorsuzluq dövrünü başa vuran klub Adnan Əhmədzadənin sahibi olduğu ASTA (Azerbaijan Sport Talents Academy) şirkətinin himayəsinə keçdi. Ancaq “Mingəçevir”in problemləri təkcə elə sponsorsuzluqla bağlı olsaydı, nə var idi ki! Oyun alveri ilə bağlı söhbətlər klubun başının üzərini alıb.

“Nur şəhəri”nin qaranlıq günlərinə toxunacağıq. Bir daha xatırladırıq ki, ötən ilin son günlərində klubun 8 oyunçusu - Mövlan Kərimov, Xəyal Muradov, Xəyal Xudaverdiyev, Tural Məmmədzadə, Muxtar Nəzərli, Fuad Əhmədov, Elnur Mirzəyev və Elmin Bayramov Baş Prokurorluğa çağrılmışdı. Artıq əsas günahkarlar bəlli olub. Telefonları yığılıb bayram günlərində evə buraxılan futbolçular yanvarın ilk günlərində yenidən dindirili. Araşdırma yanvarın 9-da müəyyən nəticə verib. Məlum olub ki, danışılmış oyunlarda iştirak edən əsas fiqurlar Mövlan Kərimov, Muxtar Nəzərli və Xəyal Xudaverdiyevdi. Amma prosesin tam yekunlaşdığını da demək olmaz. Baş məşqçi Ədəhim Niftəliyevin yola salınmasında bu üç şəxsin müstəsna xidməti olub. Niftəliyev əvvəlki açıqlamalarında oyunçu azlığından şikayətlənir, uğursuz nəticələrə görə səbəb deyə, daha doğrusu, tapa bilmirdi.
Amma “Mingəçevir”də klubdaxili problemlər mövsümün əvvəlindən baş qaldırıb. Sponsorun yolunu gözləyə-gözləyə Niftəliyevin başını aldadan klub rəhbərliyi balansı pozub. Baş məşqçi dəfələrlə oyunçu azlığından şikayətlənsə də, ona gözləmək tapşırılıb. 14 futbolçusu olan klub 17 nəfərlik işçi heyətinə malik imiş.
Saxlanılan 8 nəfərdən biri - müdafiəçi Elnur Mirzəyev ilə əlaqə saxladıq, başverənləri onun dilindən eşitmək qərarına gəldik:

“Məni də danışılmış oyunlarla bağlı sorğu-suala çağırdılar. Ki, mənim də iştirakım, yaxud məlumatım olubmu. Bildirdim ki, heç nədən xəbərim olmayıb. O üç nəfərlə ayrı danışdılar, bizimlə ayrı. 10-15 gün araşdırma getdi. Necə ifadə vermişdim, elə də çıxdı. Bizə də dedilər ki, təmizsiz, gedin futbolunuzu oynayın. Futbolda səhvlər qaçılmazdı, amma belə şeyi ağlıma gətirməzdim. Bizi ora çağırana, o sualları verənə qədər mənim xəbərim olmayıb. Məlum olub ki, iş o 3 nəfərlikdi, qalan 5 nəfəri də sərbəst buraxdılar. Sabiq baş məşqçimiz Ədəhim müəllimlə heç birimizin problemi olmayıb. Düşünmürəm də ki, qərəzli seçim edib. Yəni futbolçuların performansına baxıb şans verirdi. Maliyyə problemləri ötən mövsüm də olub. Lakin komandamız mövsümü 6-cı yerdə bitirmişdi. Bu mövsüm nələrsə tərs gedirdi. Bunun da səbəbi danışılmış oyunlarda iştirak imiş. Əlbəttə, bundan sonra hər şey düzələcək. Bu şeyləri görəndən sonra da insan dəyişir, hər şeyi dərk edirsən. Komandanı yığdılar dedilər ki, sponsor da gələcək, hər şey yaxşı olacaq. Bu məsələyə görə gözləyirəm. Hər şey normallaşandan sonra təklifləri dəyərləndirməyi düşünürəm”.


RÖYANƏ OĞUZ
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 Yanvar 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri