Mingəçevir in maaş problemi
sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Birinci Liqada mövsüm bir aydan artıqdır ki, başa çatıb. Ancaq "Mingəçevir"in futbolçuları və məşqçi heyəti hələ də maaşlarını tam ala bilməyiblər. Sport24.az-a daxil olan bilgiyə əsasən, klub rəhbərliyi may ayının məvacibini ödəmir və ya ödəmək istəmir.
Bu üzdən ASTA şirkətinin himayəyə götürdüyü klubda narazılıq baş qaldırıb. Klubla müqaviləsi olan futbolçular yeni mövsümdə Mingəçevirə dönmək istəmirlər. Bir tərəfdən maliyyə problemi, bir tərəfdən də rəhbərliyin baş məşqçi Füzuli Məmmədovla yola getməməsi düşərgədə ab-havanı qarışdırıb. Komanda üzvləri Məmmədovun "sükan arxasında" qalmasını istəyirlər
Qeyd edək ki, mətbuatda ASTA şirkətinin Adnan Əhmədzadəyə məxsus olduğu deyilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 02 İyul 2025 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















