MingəçevirLə ASTA arasında müqavilə imzalandı
Icma.az, Fanat portalına istinadən məlumat yayır.
Birinci Liqada çıxış edən “Mingəçevir” klubu ilə “Azerbaijan Sport Talents Academy” (ASTA) arasında tarafdaşlıq müqaviləsi imzalanıb.
Fanat.Az xəbər verir ki, Futbolun İnkişaf Fondunun (FİF) vasitəçiliyi ilə baş tutan tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimində ASTA-nın prezidenti Rafael Bunyatov, FİF-in icraçı direktoru Tural Piriyev, "Mingəçevir"in İdarə Heyətinin sədri Nurlan Əhmədov və digər rəsmi şəxslər iştirak ediblər.
Bunyatov “Mingəçevir”ə dəstək olmaqla, bölgədə idmanın inkişafına töhfə vermək istədiklərini bildirib va klubla bağlı planları barədə məlumat verib. Həmçinin, o, bu tərəfdaşlığın ərsəyə gəlməsində dəstək olan tərəflərə təşəkkür edib.
Çıxışlardan sonra imzalanma mərasimi baş tutub. Tərəfdaşlıq müqaviləsini “Mingəçevir” klubunun İdarə Heyətinin sədri Nurlan Əhmədov və ASTA-nın prezidenti Rafael Bunyatov imzalayıblar.
Tədbirin sonunda isə media nümayəndələrinin sualları cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 15 Yanvar 2025 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















