Icma.az
close
up
RU
Asta asta çığıraçanlar...

Asta asta çığıraçanlar...

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünən Azərbaycan futbolu üçün əhəmiyyətli günlərdən biri oldu. Futbol ictimaiyyəti, mətbuat nümayəndələri Bakının görkəmli məkanlarından birinə toplaşmışdılar. Həmin toplantıya qatılanların məqsədi isə ASTA (Azerbaijan Sport Talents Academy) ilə "Mingəçevir” futbol klubu arasında tərəfdaşlıq müqaviləsinin imzalanması mərasiminə canlı şahidlik etmək idi. Bu mötəbər tədbirin iştirakçıları arasında mən də yer alırdım.

Sözün düzü, futbolumuzla bağlı vəziyyət o qədər acınacaqlıdır ki, pozitiv notlara köklənmək, gələcəyə ümidlə baxmaq heç də asan deyil. Çünki müstəqilliyimizi bərpa etdiyimiz 90-cı illərin əvvəllərindən üzübəri futbolumuza ümidlə yanaşmışıq, müsbət dinamikanı izləyə biləcəyimizə inanmışıq. Təəssüflər olsun ki, bu inam özünü doğrultmayıb, arzuladıqlarımızı həyata keçirə bilməmişik. Bunun da çeşidli səbəbləri var. Zaman-zaman onlar barədə yazmışıq, bundan sonra da davam edəcəyik. Amma bu dəfə bir qədər nikbin notlar üzərinə köklənmək istəyirəm. Məndə bu nikbinliyi yaradan isə qatıldığım təbdirdən aldığım müsbət enerji oldu. Arzuladım ki, belə tədbirlər tez-tez olsun, fərqli şirkətlər, iş adamları, təşkilatlar, hətta ictimai birliklər belə futbol klubları ilə əməkdaşlıq etsinlər, xüsusiylə də bölgə klublarına sahib çıxsınlar.

Bilənlər bilir, bilməyənlər üçün qeyd edim ki, "Nur şəhəri” dediyimiz Mingəçevirin eyniadlı komandası hazırda heç də yaxşı günlərini yaşamır. I Liqada yarışan əyalət komandası hazırda sonuncu pillədədir. Yəni, 10 iştirakçı arasında elə 10-cu yeri tutur. Belə bir məqamda "Mingəçevir”ə sahib çıxmaq, klubla tərəfaşlıq müqaviləsinə imza atmaq böyük cəsarət tələb edir. ASTA-nın prezidenti Rafael Bunyatovun mərasim zamanı etdiyi çıxışı da, brifinq zamanı suallara verdiyi cavabları da diqqətlə dinlədim. Hiss etmək çətin deyil ki, adamlar bu işin məsuliyyətini anlayır, eyni zamanda da hansı yükün altına girdiklərinin fərqindədirlər. Ən əsası, ümidli və həvəslidirlər. Elə şəxsən məni sevindirən məqam da bu oldu.

Atalarımız "dost dar gündə tanınar” deyiblər. ASTA da "Mingəçevir”ə dar gündə əlini uzatdı, ona dəstək etmək üçün xoş təşəbbüs göstərdi. Tərəflər arasında əməkdaşlıq müqaviləsinin imzalanmasında Futbolun İnkişaf Fondunun da böyük zəhməti var, bu zəhmət də qeyd olunmalıdır. Mingəçevir əhalisinin idmana, o cümlədən də futbola olan marağı heç kimə sirr deyil. Heç də təsadüfi deyil ki, bu şəhərdən tanınmış futbolçular da çıxıb, uğur qazanıblar. Deməli, ASTA yanlış ünvana istiqamətlənməyib. Bu əməkdaşlıqdan təkcə Mingəçevir futbolu yox, ümumilikdə Azərbaycan futbolu fayda götürə bilər. Yetər ki, sağlam təməllər üzərində iş görülsün, qarşıya qoyulan məqsədə çatmaq üçün gediləcək yol pillə-pillə, addım-addım qət olunsun.

ASTA-nın bu təşəbbüsü digərləri üçün də nümunəyə çevrilməlidir. Onların açdıqları cığırla getmək, bu cığırları genişləndirmək lazımdır. Ən əsası da aşağı liqalarda oynayan, heç də yaxşı günlərini yaşamayan bölgə klublarına diqqət artırılmalı, həm maddi, həm də mənəvi dəstək göstərilməlidir. Bunu bacarsaq, böyük futbol bölgələrə qayıdacaq, kütləvilik artacaq. Heç şübhəsiz ki, yalnız bu yolla Azərbaycan futbolu böhrandan xilas olar, futbolumuzun yerlərdə sürünən imici yüksələr. Asta-asta da olsa, hədəfə doğru addımlamaq lazımdır. Yorulmayasız!

Amal Abuşov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 16 Yanvar 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see352

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see331

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see312

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see311

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see277

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see273

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see262

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see255

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see223

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see208

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see206

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see204

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see202

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see198

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see196

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see195

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see193

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see184

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri