Mingəçevirlilərin nəzərinə: ASTA bu tarixdə gəlir! rəsmi açıqlama
Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Son həftələrin ən aktual klublarından biri olan "Mingəçevir"dən şad xəbər var.
Komandada danışılmış oyunlarla bağlı araşdırma tamamlanıb, tezliklə günahkarların - Mövlan Kərimov, Muxtar Nəzərli və Xəyal Xudaverdiyevin cəzalandırılacağı gözlənilir. Böyük ehtimalla, hər üçü futboldan ömürlük kənarlaşdırılacaq. Lakin xəbərimizin məğzi yalnız bundan ibarət deyil.
Belə ki, "nur şəhəri"nin təmsilçisi bu ay yeni sponsoruna - ASTA-ya qovuşacaq. Əldə etdiyimiz məlumata görə, tərəflər arasında yanvarın 20-nə qədər əməkdaşlıq müqaviləsinin imzalanması nəzərdə tutulur.
"Football-plus.az"a mövzuyla bağlı açıqlama verən Tural Piriyev məlumatı təsdiqləyib. Futbolun İnkişafı Fondunun icraçı direktoru anlaşma sənədinin yaxın 10 gün ərzində imzalanması üçün işlər görüldüyünü deyib.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 12 Yanvar 2025 23:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















