Icma.az
close
up
RU
Minifutbol yığmamızın dünya çempionu olmasının sirri Ekspert açıqladı

Minifutbol yığmamızın dünya çempionu olmasının sirri Ekspert açıqladı

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Azərbaycan minifutbol üzrə milli yığması dünya çempionu oldu. Bu tarixi qələbə idman ictimaiyyətində müzakirələrə səbəb olub. Bildirilir ki, kiçik maliyyə ilə minifutbol üzrə yığmamız dünya çempionu olsa da, böyük maliyyəyə malik klublarımız, milli yığmamız qələbə əldə edə bilmir.

Globalinfo.az-a danışan idman jurnalisti, ekspert Natiq Muxtarlı deyib ki, Azərbaycan yığmasının dünya çempionatında qələbəsinə heç bir halda kölgə salmaq olmaz.

Onun fikrincə, minifutbol hələ bütün dünyada tam inkişaf etməyib, populyarlıq qazanmayıb:

“Minifutbol hələ indi-indi idman dünyasına inteqrasiya edir. Ona görə əksər ölkələr bu idman növünə hələ də yatırım etmirlər. Məsələn, hanı Braziliya, Argentina? Bu ölkələr minifutbola diqqət ayırsalar, o qədər istedadlı futbolçular təqdim edərlər ki, onlarla rəqabət aparmaq mümkün olmaz. Amma Azərbaycan yığmasının qələbəsini də gözardı etməməliyik. Minifutbolun inkişafda olduğu, tədricən populyarlıq qazandığı bir vaxtda millinin qısa müddətdə həm Avropa, həm də dünya çempionu olması düzgün idarəçiliyin təzahürüdür. Heç şübhəsiz, Azərbaycan minifutbolun təbliğatına böyük töhfə verən ölkələrdən biridir”.

Natiq Muxtarlı

N.Muxtarlı deyib ki, heç bir halda bu idman növünü böyük futbolla müqayisə edə bilmərik:

“Böyük futbolun inkişafı üçün nəhəng infrastruktur, saysız-hesabsız uşaq akademiyaları lazımdır. Minifutbolda kimlər oynayır? Əksəriyyəti sabiq futbolçulardır. Hələ futzaldan gələnlər də var. Deməli, kadr qıtlığı yaşanmır. Amma böyük futbolun inkişafı üçün böyük də maliyyə lazımdır. Azərbaycanda böyük futbolun inkişafına böyük maliyyə həmişə ayrılıb. Bəs nəticə niyə olmayıb? Bunun səbəbi sırf idarəçiliklə bağlıdır. Qeyri-peşəkar, naşı idarəçilər futbolun inkişafını düşünməyiblər. Onlar üçün futbol çirkli vəsaitin yuyulduğu məkan olub. AFFA-nın sabiq rəhbərliyi illər uzunu bu işlə məşğul oldu. Elə yenilər də o yolu davam etdirirlər. Bir ildən yuxarıdır ki, AFFA-ya rəhbərlik edirlər. Gördükləri iş 5 milyona strategiya yazdırmaq olub. O da qalıb kağız üzərində. Belə idarəetmə ilə lap milyardlar ayırın, futbol inkişaf edərmi? Etməz”.

Jurnalistin sözlərinə görə, minifutbolda rəhbərliyin məqsədi pul yumaq yox, inkişaf etməkdir ki, buna da nail olublar:

“Deməli, hər şeydən, maliyyədən də önəmlisi sağlam idarəçilikdir. İnkişaf pul olan yerdə yox, sağlam idarəçilər olan yerdədir. Hər şey bu qədər sadədir”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:280
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 İyun 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri