Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Minimal əməkhaqqı artırıldı: Bu sahədə mexanizm hansı səviyyədədir?

Minimal əməkhaqqı artırıldı: Bu sahədə mexanizm hansı səviyyədədir?

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Pərviz Heydərov yazır...

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə minimum aylıq əməkhaqqı məbləği 1 yanvar 2025-ci il tarixdən 400 manat müəyyən edilməklə 2019-cu ildən bəri ölkədə sayca 5-ci sosial paketin icrasına start verildi. Hansı ki, bu, 3 milyon vətəndaşı əhatə edəcək. Söhbət, bütövlükdə paketin əhatə edəcəyi vətəndaşlardan gedir. Təkcə, minimum aylıq əməkhaqqı məbləğinə gəldikdə isə bu, 700 min nəfəri əhatə edir. Bunun da 400 mini dövlət, 300 minisə özəl sektorda çalışır.

Ümumiyyətlə, minimum əməkhaqqı artdıqda həm dövlət sektorunda, həm də özəl sektorda çalışanlar bundan bəhrələnirlər. Birincisi bu, ölkə üzrə ən aşağı əməkhaqqı səviyyəsi sayıldığından işəgötürənin ondan aşağı maaş təklif etmək ixtiyarı yoxdur, ikincisi də sözügedən göstərici dövlət sektorunda, yəni büdcədən maliyyələşən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarını müəyyən edir. Söhbət, maaşları 19 pilləli vahid tarif cədvəli (VTC) ilə tənzimlənən, bayaq qeyd etdiyim 700 min nəfər işçidən gedir.

Son beş ildə sözügedən göstərici 2.7 dəfə artırılaraq 130 manatdan 345 manata çatdırılmışdı. 2019-cu ildə iki dəfə artırılsa da, sonuncu dəfə iki il qabaq - 2023-cü ildə yüksəldilmişdi. Nəticədə də əhalinin gəlirləri qeyd olunan illər ərzində əvvəlki illərə nisbətən, daha çox və sürətlə artmışdı.

Ümumiyyətlə, minimum əməkhaqqının artırıldığı illər sırasına nəzər salsaq 2019-cu il seçildiyini görərik. Həmin ilin mart və sentyabr aylarında üst-üstə iki sosial paket icra edilməklə minimum aylıq əməkhaqqı 130 manatdan mərhələlərlə 250 manata qaldırıldı ki, sözügedən göstərici ilk dəfə olaraq ölkə üzrə hər il müəyyən edilən yaşayış minimumu göstəricisini keçdi.

Hansı ki, hökumət neçə illər idi məhz buna nail olmağa çalışırdı.

Və artıq, beşinci ildir minimum aylıq əməkhaqqı yaşayış minimumu, həmçinin ehtiyac meyarı göstəricisindən yüksəkdə təşkil etməklə əvvəlki dövrdən fərqli olaraq daha böyük mahiyyət kəsb edir.

Xatırladım ki, cari il üçün yaşayış minimumu ölkəmiz üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305, pensiyaçılar üçün 232, uşaqlar üçünsə 246 manat müəyyən edilib. Ünvanlı dövlət sosial yardımını hesablamaq məqsədilə nəzərdə tutulan ehtiyac meyarı da həmçinin, 285 manat təsdiq olunub.

Məsələ ondadır ki, minimum əməkhaqqı ilə bağlı hər şey heç də yenə tələb olunan şəkildə deyil. Yəni, onun həddi ilə yanaşı, əslində əhəmiyyəti və rolu da artırılmalıdır. Başqa sözlə, mahiyyəti təkmilləşdirilməli və dəyişdirilməlidir.

Misal üçün, yuxarıda ölkədə muzdla çalışan aylıq maaşları 19 pilləli VTC ilə tənzimlənən dövlət və özəl sektorda çalışan 700 min nəfər işçidən söz açdıq. Bu, kiçik rəqəm deyil. Lakin, bilavasitə büdcə təşkilatlarında çalışanların heç də hamısı da demək deyil, onların müəyyən hissəsidir.

Belə ki, ölkədə minimum aylıq əməkhaqqı artımı gəlirləri büdcədən asılı olan muzdlu işçilərin hamısına təsir etmir. Məsələn, orta təhsil müəssisələrində çalışan müəllimlərin maaşları ayrı mexanizm əsasında tənzimlənməklə artırılır ki, minimum əməkhaqqının artırılması onların maaşlarına təsir etmir. Və yaxud da, bir sıra dövlət və hökumət orqanlarının tabeliyində, o cümlədən ayrıca fəaliyyət göstərən publik hüquqi şəxs statuslu qurumlarda çalışanların əməkhaqqları da 19 pilləli vahid tarif cədvəli əsasında hesablanmır və sair.

Düzdür, qeyd olunan kateqoriya işçilərin çalışdıqları sahələrdə də minimal maaş ölkə üzrə müəyyən edilən həddən aşağı ola bilməz və aşağı məbləğdə olan maaşlar artırılır. Lakin bu, təkrar edirəm, yuxarı səviyyədə maaş alanların aylıq əməkhaqqlarına təsir etmir.

Qeyd olunan cəhət bəlkə də məqbul haldır. O baxımdan ki, ölkə üzrə aşağı əməkhaqqı səviyyəsi artırıldıqca minimum maaş həddinin orta aylıq əməkhaqqı səviyyəsinə yaxınlaşması bu yolla cüzi də olsa təsbitini tapır. Çünki bu məsələnin özü də ciddi yanaşma tələb edir. Bu yerdə, ölkəmizin 2004-cü ildə Avropa Sosial Xartiyasına qoşularkən minimum əməkhaqqı həddini orta aylıq əməkhaqqı səviyyəsinin 60% hissəsinə çatdırmaq barədə öhdəlik götürdüyü məsələsini də xatırlamaq yerinə düşər.

Bu səbəbdən də 2012-ci ildə qəbul edilən "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında 2020-ci ilə qədər sözügedən məsələ əsas hədəf olaraq seçilmişdi. Lakin minimum əməkhaqqı bu ildən 400 manat edildikdən sonra da belə, bu nisbət 40.2%-dən o tərəfə aşmır. Və buna nail olmaq üçün görünür, hələ çox vaxt tələb olunur.

Digər məsələ və bəlkə də ən mühüm məqamsa ondan ibarətdir ki, minimum əməkhaqqı artımı işçilərin gəlirlərinə müsbət təsir etsə də, işəgötürənlərin yükünü və xərclərini yüksəldir. Söhbət, onların ödənişlərindən, həmçinin məcburi dövlət sosial sığorta haqlarından gedir.

Məcburi dövlət sosial sığorta haqqı qanunvericiliklə sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Bu sığorta zamanı sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir ki, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir.

Sığortaedənin ödədiyi sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22%-i, sığortaolunan üzrə isə - işçinin əməkhaqqı və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3%-i həcmində təşkil edir.

Sığorta haqqına cəlb olunan aylıq gəlir məbləğisə 200 manatdır.

Hesab edirəm, minimum əməkhaqqı artırılan zaman işəgötürənlərin və yaxud da işçi götürmədən fərdi sahibkarlıqla məşğul olanların məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlərinin yüksəlməsi qarşısını almaqdan ötrü sığorta haqqına cəlb olunan aylıq gəlir məbləğini 300 manata qaldırmaq, sığortaolunanın gəlirlərindən tutulan sosial sığorta haqqı dərəcəsini isə 3%-dən 2%-ə endirmək məqsədəuyğun olardı.

Və ən nəhayət, üçüncü məsələ... Ölkəmizdə də saatlıq minimum əməkhaqqı sisteminin tətbiqi zəruri görünür. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçən il iyul ayının 1-dək müvafiq təkliflər hazırlanıb veriləcəyi bildirilsə də, hələ ki əlavə məlumat yoxdur.

Minimum əməkhaqqının aylıq mexanizmdən saatlığa keçirilməsi məsələsinə dair ilk növbədə onu qeyd edim ki, ölkədə minimal maaş göstəricinə aid mövcud mexanizmin işlək xüsusiyyəti və təsiri əslində indikindən daha çox əhəmiyyət təşkil etməli, ondan heç bir sosial ayırma və vergi tutulmamalı, ümumiyyətlə minimum maaşın ölkədə əsas iqtisadi və sosial göstərici olaraq rolu birbaşa və həlledici xüsusiyyət kəsb etməlidir.

Bunun üçün qanunvericiliyə dəyişikliklər etmək tələb olunur. Minimum əməkhaqqı əgər ixtisassız əməyə və xidmətə görə verilən ən aşağı əməkhaqqı məbləği sayılırsa, sözügedən göstərici bunu həqiqətən tam mənada ehtiva etməlidir. Bu baxımdan da əslində, o, həqiqətən aylıq deyil, iş saatına görə ödənilsə yaxşıdır.

Bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi...

Yeri gəlmişkən, məsələn, Əmək Məcəlləsində qeyd olunub ki, ölkəmizdə gündəlik normal iş vaxtının müddəti 8 saatdan, normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz.

Lakin işçi bəzi hallarda müəyyən səbəblər üzündən bundan az və yaxud çox saat da işləyə bilir... Bu zaman, minimum əməkhaqqının saata görə deyil, standart ay üzrə ödənilməsi heç də ədalətli sayıla bilməz. Bu baxımdan da, iş saatına görə ödəniş həm işçi, həm də işəgötürən üçün daha mükəmməl mexanizm sayılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 Yanvar 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see311

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see300

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see272

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see253

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see251

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see245

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see241

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see237

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see221

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see215

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see213

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see213

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see211

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see207

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see205

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see204

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see195

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see180

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri