Icma.az
close
up
RU
Aylıqdan saatlığa: Minimal əməkhaqqı mexanizmi necə təkmilləşməlidir? TƏHLİL

Aylıqdan saatlığa: Minimal əməkhaqqı mexanizmi necə təkmilləşməlidir? TƏHLİL

Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sözügedən göstərici dövlət sektorunda, yəni büdcədən maliyyələşən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarını müəyyən edir. Son beş ildə minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata çatdırılmışdı. Nəticədə əhalinin gəlirləri əvvəlki illərə nisbətən daha sürətlə çoxalmışdı.
2019-cu ildə mart və sentyabr aylarında üst-üstə 2 sosial paket icra edilməklə minimum aylıq əmək haqqı 130 manatdan mərhələlərlə 250 manata qaldırıldı. Bununla da ilk dəfə olaraq ölkə üzrə hər il müəyyən edilən yaşayış minimumu göstəricisini keçdi. Ona qədər hökumət neçə illər idi buna nail olmağa çalışırdı. Artıq beşinci ildir minimum aylıq əməkhaqqı yaşayış minimumu, həmçinin ehtiyac meyarı göstəricisindən yüksək olmaqla, əvvəlki dövrdən fərqli olaraq, daha böyük mahiyyət kəsb edir.
Xatırladım ki, cari il üçün yaşayış minimumu 285 manat, əmək qabiliyyətli əhali üçün 305, pensiyaçılar üçün 232, uşaqlar üçünsə 246 manat müəyyən edilib. Ünvanlı dövlət sosial yardımını hesablamaq məqsədilə nəzərdə tutulan ehtiyac meyarı da həmçinin, 285 manat təsdiq olunub.
Amma minimum əməkhaqqı ilə bağlı hər şey heç də yenə tələb olunan şəkildə deyil. Onun həddi ilə yanaşı, əhəmiyyəti və rolu da artırılmalı, mahiyyəti təkmilləşdirilməli və dəyişdirilməlidir.
Misal üçün, yuxarıda ölkədə muzdla çalışan aylıq maaşları 19 pilləli VTC ilə tənzimlənən dövlət və özəl sektorda çalışan 700 min nəfər işçidən söz açdıq. Bu, kiçik rəqəm deyil. Lakin, bilavasitə büdcə təşkilatlarında çalışanların heç də hamısı demək deyil, müəyyən hissəsidir. Ölkədə minimum aylıq əməkhaqqı artımı gəlirləri büdcədən asılı olan muzdlu işçilərin hamısına təsir etmir. Məsələn, orta təhsil müəssisələrində çalışan müəllimlərin maaşları ayrı mexanizm əsasında tənzimlənir. Bir sıra dövlət və hökumət orqanlarının tabeliyində, o cümlədən ayrıca fəaliyyət göstərən publik hüquqi şəxs statuslu qurumlarda çalışanların əməkhaqqları da 19 pilləli vahid tarif cədvəli əsasında hesablanmır.
Ölkəmiz 2004-cü ildə Avropa Sosial Xartiyasına qoşularkən minimum əməkhaqqını orta aylıq əməkhaqqı səviyyəsinin 60%-nə çatdırmaq barədə öhdəlik götürmüşdü. 2012-ci ildə qəbul edilən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında sözügedən məsələ əsas hədəf olaraq seçilmişdi. Lakin minimum əməkhaqqı 400 manat edildikdən sonra belə, nisbət 40,2%-dən o tərəfə aşmır. Buna nail olmaq üçün, görünür, hələ çox vaxt tələb olunur.
Digər mühüm məqamsa ondan ibarətdir ki, minimum əməkhaqqı artımı işçilərin gəlirlərinə müsbət təsir etsə də, işəgötürənlərin yükünü və xərclərini yüksəldir. Söhbət, onların ödənişlərindən, həmçinin məcburi dövlət sosial sığorta haqlarından gedir. Məcburi dövlət sosial sığorta haqqı qanunvericiliklə sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Bu sığorta zamanı sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir. Sığortaedənin ödədiyi sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22%-i, sığortaolunan üzrə isə - işçinin əməkhaqqı və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3%-i həcmində təşkil edir. Sığorta haqqına cəlb olunan aylıq gəlir məbləğisə 200 manatdır.
Hesab edirəm, minimum əməkhaqqı artırılan zaman işəgötürənlərin və yaxud da işçi götürmədən fərdi sahibkarlıqla məşğul olanların məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlərinin yüksəlməsinin qarşısını almaqdan ötrü sığorta haqqına cəlb olunan aylıq gəlir məbləğini 300 manata qaldırmaq, sığortaolunanın gəlirlərindən tutulan sosial sığorta haqqı dərəcəsini isə 3%-dən 2%-ə endirmək məqsədəuyğun olardı.
Nəhayət, üçüncü məsələ... Ölkəmizdə də saatlıq minimum əməkhaqqı sisteminin tətbiqi zəruri görünür. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçən il iyul ayının 1-dək müvafiq təkliflər hazırlanıb veriləcəyi bildirilsə də, hələ əlavə məlumat yoxdur.
Ölkədə minimal maaş göstəricinə aid mövcud mexanizmin işlək xüsusiyyəti və təsiri əslində indikindən daha əhəmiyyətli olmalı, ondan heç bir sosial ayırma və vergi tutulmamalı, ümumiyyətlə minimum maaşın ölkədə əsas iqtisadi və sosial göstərici olaraq rolu birbaşa və həlledici xüsusiyyət kəsb etməlidir. Bundan ötrüsə qanunvericildə dəyişiklik tələb olunur. Minimum əməkhaqqı əgər ixtisassız əməyə və xidmətə görə verilən ən aşağı əməkhaqqı məbləği sayılırsa, bunu həqiqətən tam mənada ehtiva etməlidir. Bu baxımdan da əslində, həqiqətən aylıq deyil, iş saatına görə ödənilsə yaxşıdır. Bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi...
Yeri gəlmişkən, Əmək Məcəlləsində qeyd olunub ki, ölkəmizdə gündəlik normal iş vaxtının müddəti 8 saatdan, normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. Lakin işçi bəzi hallarda müəyyən səbəblər üzündən bundan az və yaxud çox saat da işləyə bilir... Bu zaman, minimum əməkhaqqının saata görə deyil, standart ay üzrə ödənilməsi heç də ədalətli sayıla bilməz. Bu baxımdan da, iş saatına görə ödəniş həm işçi, həm də işəgötürən üçün daha mükəmməl mexanizm sayılır.

Pərviz Heydərov
Azvision.az üçün
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://azvision.az
archiveBu xəbər 02 Fevral 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri