Icma.az
close
up
RU
Minimum əməkhaqqı artımı maaşlara necə təsir edəcək? Deputat açıqladı

Minimum əməkhaqqı artımı maaşlara necə təsir edəcək? Deputat açıqladı

Banco.az saytına istinadən Icma.az xəbər verir.

Gələn ildən gözlənilən minimum əməkhaqqı artımı ölkənin sosial-iqtisadi həyatında mühüm yeniliklərdən biri kimi dəyərləndirilir. Minimum əməkhaqqının qaldırılması yalnız ən aşağı maaş alan şəxslərin deyil, ümumilikdə əmək bazarının, dövlət sektorunun və ölkə üzrə orta aylıq əməkhaqqı göstəricilərinin dinamikasına birbaşa təsir göstərir.

Bəs gözlənilən minimum əməkhaqqı artımı hansı işçi kateqoriyalarını əhatə edəcək və bu dəyişiklik özəl sektorda çalışanların gəlirlərinə, eləcə də ölkə üzrə orta aylıq əməkhaqqına necə yansıyacaq?

Banco.az  xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, minimum əməkhaqqının artırılması ölkə üzrə orta aylıq əməkhaqqı məbləğinə birbaşa təsir göstərəcək:

“Praktik olaraq minimum əməkhaqqının artırılması 700 mindən artıq vətəndaşımızın maaşlarında artımlarla müşahidə olunacaq. Bu da orta aylıq əməkhaqqı artımına təsir göstərən əsas faktorlardan biridir. Nəzərə alsaq ki, minimum əməkhaqqı artırıldıqdan sonra Nazirlər Kabineti dövlət idarələrində çalışan, lakin dövlət qulluqçusu olmayan vətəndaşlarımızın və digər kateqoriyaların maaşlarının artırılması ilə bağlı müvafiq qərar qəbul edəcək. Bu qərar minimum əməkhaqqından daha yüksək maaş alan, lakin dövlət qulluqçusu statutu taşımayan işçilərin də məvaciblərində artımlara gətirib çıxaracaq”.

Deputat ölkə üzrə orta aylıq əməkhaqqının artım dinamikası və gələcək proqnozlar barədə də diqqətəçəkən rəqəmlər səsləndirdi:

“O baxımdan gözlənti ondan ibarətdir ki, növbəti ildə minimum əməkhaqqındakı artımlar birmənalı şəkildə orta aylıq əməkhaqqı məbləğinə təsir göstərəcək və 2027-ci ildə də bu artım dinamikası devam edəcək. İlkin gözləntilərə görə, növbəti il orta aylıq əməkhaqqı məbləği 1300 manata yaxınlaşacaq. Bu da son illər müşahidə olunan artım tempinin davam etməsi anlamına gəlir. Hətta 2030-cu ilədək orta aylıq əməkhaqqı məbləğinin 1600 manata çatması proqnozlaşdırılır”.

Milli Məclisin üzvü Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial qanunvericilik islahatlarının vacibliyini vurğuladı:

“Minimum əməkhaqqının artırılması və ümumilikdə əməkhaqqı artımları vətəndaşlarımızın sosial təminatı və rifahının güclənməsi baxımından çox vacibdir. Xüsusilə də nisbətən az əməkhaqqı alan vətəndaşlarımızın gəlirlərinin artırılması əsas prioritetdir. Ona görə də cənab prezident tərəfindən imzalanmış Əmək Məcəlləsinə edilən dəyişikliklərdən sonra minimum əməkhaqqı məbləğinə ildə en azı bir dəfə baxılması nəzərdə tutulub. Bu da minimum əməkhaqqı və ümumi əməkhaqqı məbləğindəki artımların davamlı və mütəmadi olacağından xəbər verir”.

Operativ Məlumat Mərkəzi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://banco.az
archiveBu xəbər 22 Oktyabr 2026 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see421

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see364

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see281

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see268

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see263

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see248

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see242

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see240

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see229

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see221

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see220

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see218

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see216

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see201

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see200

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see194

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see193

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see190

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri