Icma.az
close
up
RU
Minimum əməkhaqqı inflyasiyaya bağlanır: Bu nə deməkdir?

Minimum əməkhaqqı inflyasiyaya bağlanır: Bu nə deməkdir?

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Minimum əməkhaqqı ilə bağlı yeni dəyişiklik təsdiqlənib. İlham Əliyev tərəfindən imzalanan “Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna əsasən, minimum əməkhaqqının məbləğinə baxılmasının dövriliyi təmin ediləcək. Bu qərar minimum maaşın sosial-iqtisadi şəraitə uyğun, daha çevik və sistemli şəkildə artırılmasına imkan yaradacaq.
Dəyişikliklər ölkə üzrə minimum əməkhaqqı alan bütün işçilərə, eləcə də əmək münasibətlərində olan işəgötürən və işçilərə şamil olunur. Yeni mexanizm minimum əməkhaqqının müəyyənləşdirilməsi zamanı inflyasiya göstəricilərinin, istehlak səbətinin dəyərinin, milli valyutanın alıcılıq qabiliyyətinin, əmək bazarındakı vəziyyətin və ölkənin iqtisadi inkişaf tempinin nəzərə alınmasını nəzərdə tutur. Bu isə qərarların daha real iqtisadi mənzərəyə uyğun qəbul edilməsinə şərait yaradacaq.
Qanun 2026-cı il 13 fevral tarixli 354-VIIQD nömrəli sənəd əsasında təsdiqlənib və müvafiq fərmanla tətbiqinə başlanılıb. Yeni qaydalar imzalandığı tarixdən qüvvəyə minir və növbəti dövrlərdə minimum əməkhaqqına yenidən baxılması artıq bu mexanizm çərçivəsində həyata keçiriləcək.
Məsələ ilə bağlı Demokrat.az-a danışan iqtisadçı ekspert Razi Abasbəyli bildirib ki, qəbul edilən dəyişikliklər minimum əməkhaqqının müəyyənləşdirilməsi prosesini daha şəffaf və əsaslandırılmış edəcək:
“İndiyədək minimum əməkhaqqının artırılması daha çox konkret qərarlar və müəyyən dövrlərdə qəbul edilən sosial paketlər çərçivəsində həyata keçirilirdi. Yeni dəyişiklik isə bu prosesi sistemli mexanizmə çevirir. Artıq minimum əməkhaqqına baxılması üçün iqtisadi göstəricilərə əsaslanan hüquqi baza formalaşır. Bu o deməkdir ki, qərarlar subyektiv yanaşmaya deyil, real statistik və makroiqtisadi göstəricilərə əsaslanacaq”.
Ekspertin sözlərinə görə, yeni yanaşma vətəndaşların real gəlirlərinin qorunmasına xidmət edir:
“Əgər inflyasiya səviyyəsi artırsa, bazarda qiymətlər yüksəlirsə və əhalinin alıcılıq qabiliyyəti zəifləyirsə, minimum əməkhaqqının əvvəlki səviyyədə qalması sosial balansı poza bilər. Yeni mexanizm hökumətə iqtisadi dəyişikliklərə operativ reaksiya vermək imkanı yaradır. Bu, xüsusilə aşağı gəlirli əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
R.Abasbəyli qeyd edib ki, burada söhbət əməkhaqqının azaldılmasından getmir:
“Qanunun mahiyyəti minimum əməkhaqqının azaldılması deyil. Əksinə, məqsəd onu dövrün tələblərinə uyğunlaşdırmaq, zərurət yarandıqda artırmaq və əlavə mexanizmlərlə dəstəkləməkdir. Bu yanaşma sosial siyasətin daha çevik həyata keçirilməsinə imkan verəcək”.
Ekspert əlavə edib ki, dəyişiklik həm də əmək bazarında proqnozlaşdırıla bilən mühit yaradır:
“Minimum əməkhaqqının müəyyənləşdirilməsi ilə bağlı meyarların dəqiqləşdirilməsi işəgötürənlər üçün də aydın çərçivə formalaşdırır. Bu, biznes mühitində planlaşdırmanı asanlaşdıracaq, eyni zamanda sosial ədalət prinsipinin qorunmasına xidmət edəcək. Nəticə etibarilə həm iqtisadi sabitlik, həm də vətəndaşların sosial rifahı baxımından daha balanslı sistem qurulmuş olacaq”.

Leyla Turan
Demokrat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Fevral 2026 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see318

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see317

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see305

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see254

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see250

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see248

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see243

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see241

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see239

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see229

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see204

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see204

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see203

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see200

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see200

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see198

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri