Minimum əməkhaqqı artırılacaq Bu tarixdən
Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda minimum əməkhaqqı 2027-ci ilin yanvarından artırıla bilər.
AZEBER.COM xəbər verir ki, bunu Modern.az-a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.
Deputatın sözlərinə görə, artımın məbləği müəyyənləşdirilərkən inflyasiya göstəriciləri ilə yanaşı, gələn il üzrə qiymət artımının proqnozları da nəzərə alınacaq.
A.Hüseynov qeyd edib ki, minimum əməkhaqqının artırılması digər əməkhaqlarına da təsir göstərir.
"Belə ki, minimum əməkhaqqının dəyişməsi vahid tarif cədvəli üzrə maaşların yenidən müəyyənləşdirilməsi üçün əsas yaradır", - o deyib.
Deputatın həmçinin əməkhaqlarındakı artımların pensiya və sosial müavinətlərin məbləğlərinə də təsir göstərəcəyini də qeyd edib.
Xatırladaq ki, Azərbaycanda minimum aylıq əməkhaqqı 2025-ci il yanvarın 1-dən etibarən 400 manat müəyyən edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 28 Oktyabr 2026 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















