Icma.az
close
up
RU
“Minimum pensiya 40 manat artırılsa da, heç kimin pensiyası 18 manatdan çox artmayacaq” Səbəb

“Minimum pensiya 40 manat artırılsa da, heç kimin pensiyası 18 manatdan çox artmayacaq” Səbəb

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


Xəbər verdiyimiz kimi, Azərbaycanda əmək pensiyasının minimum məbləği 2025-ci il fevralın 1-dən 320 manata çatdırılacaq.
Yeniavaz.com
xəbər verir ki, hazırda əmək pensiyasının minimum məbləği 280 manat təşkil edir.
Bəs görəsən, əmək pensiyasının minimum məbləğinin 40 manat və ya 14,3% artırılmasının pensiya alanlar üçün hansı təsirləri olacaq?
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirir ki, əmək pensiyasının minimum məbləğinin artması daha çox 2024-cü il ərzində yaşa görə əmək pensiyasına çıxan və minimum səviyyədə pensiya alanlara təsir edəcək:
“Bildiyimiz kimi, pensiyalar hər ilin əvvəlində əvvəlki ilin orta aylıq əmək haqqındakı artıma uyğun olaraq indeksasiya olunur. Yəni əmək haqqı nə qədər artırsa, pensiyalar da bir o qədər artır. Gözlənilir ki, bu ilin yekununda indeksasiya 8% səviyyəsində olacaq. Bu da o deməkdir ki, yanvar ayının 1-dən etibarən minimum səviyyədə, yəni 280 manat pensiya alanların pensiyası 302 manatdan çox olacaq. Minimum pensiyanın 320 manat olması həmin şəxslərin pensiyasında təxminən 18 manatlıq artıma səbəb olacaq. Belə deyə bilərik ki, əmək pensiyasının minimum məbləği 320 manata qaldırılmasa belə, heç kim 302 manatdan aşağı pensiya almayacaqdı. Minimum pensiya 40 manat artırılsa da, heç kimin pensiyası 18 manatdan çox artmayacaq. 18 manatlıq artımın neçə nəfərə şamil olunacağı barədə rəsmi məlumat yoxdur. Bu ilin ilk yarısında 7,6 min insan pensiyaya çıxıb. Əgər ilin ikinci yarısında da bu qədər insan pensiyaya çıxsa, il əzində təxminən 14-15 min insan pensiyaya çıxmış olacaq. Onların da böyük ehtimalla çox az bir hissəsi minimum səviyyədə pensiya alacaq”.
Allahverdi Aydın deyir ki, əgər əmək pensiyasının minimum məbləği indeksasiyadan, yəni yanvar ayının 1-dən əvvəl artırılarsa, onda əmək pensiyalarında daha böyük artım ola bilər:
“Əvvəlcə minimum pensiya məbləği artırılsa onda 280 manat pensiya alanların pensiya məbləği 320 manat olacaq. Daha sonra bu məbləğ indeksasiya olunsa, artım daha çox olacaq”.
İqtisadçı bildirir ki, minimum pensiyanın 320 manat olması digər şəxslərin pensiyasına təsir göstərməyəcək:
“Əmək pensiyasının minimum məbləğinin 280 manat olması ilə bağlı qərar 2023-cü ilin əvvəlində verilib. Bu ilin əvvəlində əmək pensiyalarının minimum məbləği dəyişməz qalıb. Bu isə o deməkdir ki, ötən il Azərbaycanda minimum səviyyədə pensiya alanların pensiya məbləği bu ilin əvvəlində indeksasiya olunaraq artırılıb. Ötən il ölkədə orta aylıq əmək haqqı 11,2% artıb. Pensiyalar da bu səviyyədə indeksasiya olunub. Yəni ötən il 280 manat pensiya alanlar bu ilin əvvəlindən etibarən 311 manat alırlar. Qeyd etdiyimiz kimi, gələn ilin yanvar ayında pensiyalar yenidən 8% həddində indeksasiya olunacaq. Nəticədə, bu ilin əvvəlinə kimi pensiyaya çıxan və minimum səviyyədə pensiya alanların pensiya məbləği ən azı 336 manat olacaq ki, bu da 320 manatlıq minimum səviyyədən yüksək olacaq”.
“Azərbaycanda əmək pensiyasının minimum məbləğinin artırılmasının başqa bir təsiri pensiya kapitalı ilə bağlı olacaq”, - deyən iqtisadçı bildirir ki, minimum pensiya məbləğinin artması pensiya kapitalını da artırmış olacaq:
“Qanunvericiliyin tələbinə görə, Azərbaycanda pensiya yaşına çatan şəxslər yaşa görə əmək  pensiyası ala bilmək üçün ya 25 il iş stajına, ya da minimum səviyyədə pensiya kapitalına sahib olmalıdırlar. Pensiya kapitalı minimum pensiya məbləğinin 144-ə vurulması ilə hesablanır. Hazırda pensiya ala bimək üçün minimum pensiya kapitalı ilə bağlı tələb 40 min 320 manatdır. Minimum pensiya məbləği 320 manat olduqdan sonra, yəni fevral ayının 1-dən sonra bu tələb 46 min 80 manat olacaq”.
Elnur Əli
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 24 Dekabr 2024 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri