Minimum əməkhaqqı gələn il artmayacaq
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda gələn il minimum əməkhaqqının builki səviyyədə - 400 manat saxlanılması nəzərdə tutulur.
Yeniavaz.com “Report”a istinadla xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
“Fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən (işçilərlə bağlı ödənişlər nəzərə alınmadan fərdi sahibkarların özləri üçün ödənilən) məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2026-cı ildə minimum əməkhaqqının 400 manat həddində 103,5 milyon manat proqnozlaşdırılıb”, - deyə sənəddə qeyd olunub.

Gələn il minimum əməkhaqqı 400 manat olacaq
18 Noyabr 2024 11:57

