Minimum pensiya məbləği 280 manata çatacaq KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Gələn il Azərbaycanda minimum pensiya məbləğinin 280 manat olacağı nəzərdə tutulur.
KONKRET.azxəbər verir ki, bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
2025-ci il üzrə proqnozlara əsasən, minimum pensiya məbləğinin minimum əməkhaqqı məbləğinə (400 manat) nisbətinin 70 faiz olacağı nəzərdə tutulur.

