Icma.az
close
up
RU
“Minlərlə ailə sənədsizliyə görə kommunal xidmətlərdən məhrumdur” DEPUTAT DANIŞDI

“Minlərlə ailə sənədsizliyə görə kommunal xidmətlərdən məhrumdur” DEPUTAT DANIŞDI

Icma.az bildirir, Gununsesi portalına istinadən.

“Hazırda ölkənin bir çox kənd və qəsəbələrində insanlar evlərinə sənəd ala bilmədikləri üçün qaz və işıq çəkdirə bilmirlər. Söhbət qeyri-qanuni tikililərdən getmir. Söhbət illərdir yaşayışı olan, ailələrin məskunlaşdığı evlərdən gedir. Ən acınacaqlısı isə odur ki, bir çox hallarda qaz borusu həmin evlərin düz önündən keçir. Texniki imkan var, qaz var, amma vətəndaşdan tələb olunur ki, mütləq mülkiyyət sənədi— kupça təqdim edilsin”.

Gununsesi.info bildirib ki, bunu deputat Razi Nurullayev Milli Məclisin plenar iclasında bildirib:

“Kənd yerlərində yaşayan aşağı gəlirli ailələr üçün kupça almaq həm baha, həm də olduqca mürəkkəb prosesdir. Aylarla davam edən sənədləşmə, idarələr arasında süründürməçilik insanları bezdirir. Nəticədə vətəndaşlar bu prosesdən imtina edir və deyirlər: “Evimdə donarım, amma bu sənədləşmə əzabını bir daha yaşamaram”.

Mən şəxsən onlarla, hətta yüzlərlə belə vətəndaşla görüşmüşəm — öz seçki dairəmdə dəfələrlə bu problemlə üzləşmişəm və vəziyyəti yaxşı bilirəm. Bu artıq təkcə sosial məsələ deyil, insan ləyaqətinə toxunan ciddi problemdir.

Hazırda Milli Məclisdə müzakirə olunan “Dövlət rüsumu haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlara təklif edilən dəyişikliklərdə müəyyən sosial kateqoriyalar üçün mühüm imtiyazlar nəzərdə tutulur. Şəhid ailələri, müharibə əlilləri, müharibə veteranları və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər üçün rüsumlardan azadolma və güzəştlər təklif edilir. Bu, düzgün və dəstəklənməli yanaşmadır və mən bunu dəstəkləyirəm”.

Deputat çıxışı zamanı digər məsələlərə də diqqət çəkib:

“Kənd yerlərində yaşayan, illərdir evində məskunlaşan, lakin bu imtiyazlı kateqoriyalara daxil olmayan minlərlə aşağı gəlirli ailə var. Bu insanlar mövcud mexanizmlərdən kənarda qalır — nə sənədləşməni tamamlaya bilirlər, nə də kommunal xidmətlərə çıxış əldə edirlər. Mən hesab edirəm ki, məhz bu nöqtədə qanunvericilik yanaşması tamamlanmalıdır.

Əgər dövlət sənədləşmə prosesində sosial ədaləti əsas götürürsə, eyni prinsip yaşayış faktoru olan, lakin sənədsiz qalan evlər üçün minimum kommunal təminat məsələsində də tətbiq olunmalıdır. Təklif edirəm ki, yaşayış faktoru yerli icra hakimiyyəti və ya bələdiyyə tərəfindən təsdiqlənən fərdi yaşayış evləri mülkiyyət sənədi olmadan da, müvəqqəti əsaslarla minimum kommunal xidmətlərlə  xüsusilə qaz və elektrik enerjisi ilə təmin edilsin. Paralel olaraq bu ailələr üçün sadələşdirilmiş və əlçatan sənədləşmə mexanizmi tətbiq olunsun.

Qaz lüks deyil, istilik imtiyaz deyil. Bu, insanın yaşaması üçün ən elementar ehtiyacdır. Əgər qaz borusu evin önündən keçirsə, amma uşaq soyuqda qalırsa, problem vətəndaşda deyil, sistemdədir.

Biz qanunları insanlar üçün qəbul edirik və bu məsələ də məhz bu yanaşma ilə həllini tapmalıdır”.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 Dekabr 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see247

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see175

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see151

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see147

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see146

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see145

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Rusiya iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

20 Dekabr 2025 19:01see140

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: “Bizdə nə müalicə alıb, nə də ölüb“ Yenilənib FOTO

20 Dekabr 2025 18:21see137

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see136

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see130

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri