“Artıq minlərlə ailə Qarabağ və Şərqi Zəngəzura köçürülüb“ DEPUTAT DANIŞDI
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“”Böyük Qayıdış” proqramı artıq real həyatın bir parçasına çevrilib. Böyük Qayıdış torpaqlarımıza həyatın, ruhun, insan nəfəsinin qaytarılmasıdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili , Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib.
Onun sözlərinə görə, uzun illər həsrətində olduğumuz doğma yurd yerlərində indi məktəblər açılır, evlər tikilir, yollar çəkilir, iş yerləri yaradılır, ailələr öz köklərinə qovuşur:
“Hazırda proqram ardıcıl və planlı şəkildə icra olunur. Artıq minlərlə ailə Qarabağ və Şərqi-Zəngəzura köçürülüb. Köç prosesləri yerləşmə ilə paralel olaraq sosial infrastruktur, səhiyyə, təhsil, məşğulluq və kommunal təminat məsələləri də kompleks şəkildə həll edilir. Bu dövlətimizin Böyük Qayıdışa dayanıqlı həyat modelinin qurulması yanaşmasının bariz nümunəsidir.
Möhtərəm cənab Prezident İlham Əliyevin siyasi iradəsi və şəxsi nəzarəti altında həyata keçirilən Böyük Qayıdış proqramı Azərbaycanın tarixi ədaləti bərpa etməsinin ən canlı sübutudur. Qarabağ və Şərqi Zəngəzurda yeni ümidlər, yeni talelər, yeni gələcək qurulur. İnsanların doğma yurdlarına qayıdarkən gözlərindəki sevinc və qürur hissi Böyük Qayıdışın mənəvi mahiyyətini ən dolğun şəkildə ifadə edir.
Bir məqamı xüsusi olaraq qeyd etmək lazımdır ki, dövlət rəhbərimiz mütəmadi olaraq işğaldan azad olunmuş torpaqlara köç edənlərlə görüşür, ən səmimi duyğuları ilə onların sevincinə şərik olur və görülən işlərlə yerindəcə tanış olur. Bütün bunlar cənab Prezident İlham Əliyevin vətənə, torpağa, xalqa olan dərin hörmətinin və sevgisinin göstəricisidir. Hər bir azərbaycanlı məhz xalq - lider birliyinin gücünün, birliyinin sevincini yaşayır.
Köç proseslərinin mərhələli aparılması həm təhlükəsizlik, həm də sosial uyğunlaşma baxımından son dərəcə vacibdir. Dövlətimiz bütün detalları nəzərə alır, ailələrin yaşayış şəraiti, işlə təminatı, uşaqların təhsili, tibbi xidmətlər, psixoloji adaptasiya dəqiqliklə hesablanır.
Bu yanaşma Böyük Qayıdışı humanist dövlət siyasətinin nümunəsinə çevirir.
Qarşıdakı illərdə azad edilmiş bütün ərazilərimizdə həyat tam bərpa olunacaq və Böyük Qayıdış Azərbaycanın milli yaddaşında ən qürurlu, ən şərəfli səhifələrdən biri kimi qalacaq. Böyük Qayıdış prosesi bizim gücümüzün, torpağımıza və xalqımıza sədaqətimizin göstəricisidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 19 Yanvar 2026 20:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















