Minlərlə insan susuz qaldı Qəzzada çətin vəziyyət FOTO
Medicina saytından alınan məlumata görə, Icma.az bildirir.
Qəzzada minlərlə insan susuzluqla mübarizə aparır.
Medicina.az xəbər verir ki, Qəzzada humanitar vəziyyət günü-gündən böyüyür. Aprelin 4-də İsrail Qəzzanın şərqindəki Tuffah məhəlləsindəki "Gabayin" dəniz suyunun duzsuzlaşdırılması zavodunu da bombalayıb.

Beləliklə, Qəzzanın şimalında minlərlə insan üçün həyati əhəmiyyət kəsb edən obyekt İsrailin qəsdən hücumu nəticəsində xarabalığa çevrilib.
Qəzzanın şərqindəki Tuffah məhəlləsində yerləşən obyektin oktyabrın 7-dən sonra üçüncü dəfə bombalanmasından sonra minlərlə insan susuz qalıb.
Obyekt Qəzza zolağının şərqindən Qəzza şəhərinin bəzi hissələrinə və şimaldakı Cibaliya rayonuna qədər uzanan geniş ərazini su ilə təmin edən mühüm su mənbələrindən biri idi.

İsrailin oktyabrın 7-dən bəri davam etdirdiyi siyasət çərçivəsində su quyuları və infrastruktur sistemli şəkildə hədəfə alınıb və nəticədə İsrail boru kəmərləri ilə Qəzzaya çatdırılan su təchizatı dayandırılıb.
Aygün
Medicina.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 08 Aprel 2025 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















