Icma.az
close
up
RU
Ölkədə yüz minlərlə kişi çətin vəziyyətdə: səbəblər açıqlandı

Ölkədə yüz minlərlə kişi çətin vəziyyətdə: səbəblər açıqlandı

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Ötən il Azərbaycanda 58909 nəfər vəfat edib. Dövlət Statistika Komitəsinin “Azərbaycanın demoqrafik göstəriciləri” məcmuəsinə görə, ölənlərin 32 436-sı kişi, 26 473-ü isə qadın olub. Statistikaya əsasən, ölümlərin böyük hissəsi qan dövranı sistemi xəstəlikləri ilə bağlıdır. Belə ki, 2024-cü ildə 33 289 nəfər bu səbəbdən həyatını itirib. Qeydə alınan ölüm statistikasında kişilərin sayının qadınlarla müqayisədə çox olması, xüsusilə diqqət çəkib.

Kişilərin daha az ömür sürməsinin səbəbi nədir? Genetika, həyat tərzi, yoxsa sosial faktorlar?

Globalinfo.az-a danışan sosioloq Mail Yaqub deyib ki, kişilərin qadınlardan daha az ömür sürməsinin səbəbləri kompleks xarakter daşıyır və bir neçə amilin birləşməsindən yaranır:

“Azərbaycanda, xüsusən də mədəniyyət və ailə dəyərləri baxımından evin yükünü daha çox kişilər daşıyır, nəticədə onlar çətin vəziyyətə düşürlər. Həkimlər də mütəmadi olaraq bildirirlər ki, stress və əsəb sağlamlığı ciddi təhdid edən əsas amillərdəndir. Qadınlar işləsələr də, ailənin maddi ehtiyacını əsasən kişilər təmin edir. Onlar fiziki işlərdə və riskli fəaliyyətlərdə daha çox iştirak edirlər. Bu məsuliyyət isə əlavə gərginlik, stress və əsəb yaradır”.

Mail Yaqub

Ekspert bildirib ki, kişilərin daha az ömür sürməsinin səbəbləri çoxdur:

“Sosial çətinliklər, iş mühiti və ailənin təminatının yüksək səviyyədə saxlanılması kimi faktorlar kişilərdə psixoloji gərginliyi artırır. Bundan başqa, onlarda bioloji və hormonal fərqlər uzunömürlülüyə təsir göstərir. Yəni məsələ təkcə genetika ilə deyil, həm də sosial və həyat tərzi faktorlarının birləşməsi ilə bağlıdır”.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Sentyabr 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri