Minlərlə mərakeşli üzərək İspaniya anklavına çıxıb Video
Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
Ötən gün – iyulun 30-da Mərakeşdən olan minlərlə miqrant üzərək İspaniyanın Şimali Afrikadakı Seuta anklavına çıxıb.
Yeniavaz.com xəbər verir ki, sosial şəbəkələrdə mərakeşlilərin Seutaya çıxmasını əks etdirən onlarla kadr yayılıb.
BBC yazır ki, İspaniya hökuməti bölgədə təhlükəsizliyi gücləndirmək üçün hərbçilər göndərib.
Məlumata görə, Seutaya çatmağa çalışan ən azı 15 nəfər boğularaq həlak olub:
“Son vaxtlar qanunsuz keçid cəhdlərinin artmasından sonra yerli hakimiyyət Madridə kömək üçün müraciət edib. Lakin cümə axşamı sərhəd nəzarətinin faktiki olaraq iflasa uğraması fonunda bölgədə xaotik vəziyyət yaranıb.
İspaniya Ali Məhkəməsi bu ay qərar verib ki, Seuta və ya digər İspaniya anklavı Melilyaya dəniz yolu ilə keçməyə çalışan miqrantlar saxlanıldıqdan sonra dərhal Mərakeşə geri qaytarıla bilməz.
İspaniyanın Daxili İşlər Nazirliyi insan alveri şəbəkələrini bu qərardan istifadə edərək qanunsuz miqrant axınını təşviq etməkdə ittiham edib”.
Qeyd edək ki, Mərakeşin şimal sahilində yerləşən Seuta Cəbəllütariq boğazı ilə İspaniyadan ayrılır və uzun illərdir Avropaya çatmağa çalışan miqrantların əsas keçid məntəqələrindən biri hesab olunur.
Bu mövzuda digər xəbərlər:İspaniya minlərlə sənədsiz miqrantı axtarır
05 Avqust 2026 17:27
Yüz minlərlə müsəlman Moskva küçələrinə çıxıb
30 Mart 2025 19:56
Kartof yükünün içərisindən minlərlə fişəng çıxıb
07 Dekabr 2024 20:35
İspaniya millisi Devis Kubokunun yarımfinalına çıxıb
20 Noyabr 2025 22:15
“Real Sosyedad” İspaniya Kubokunun finalına çıxıb
05 Mart 2026 02:15
Baxış sayı:182
Bu xəbər 31 İyul 2026 09:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















