Icma.az
close
up
RU
Minlərlə tələbə Bakıya AXIŞIR Kirayə qiymətləri “OD TUTUB YANIR”

Minlərlə tələbə Bakıya AXIŞIR Kirayə qiymətləri “OD TUTUB YANIR”

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Ali məktəblərdə yeni tədris ilinin başlanmasına bir neçə gün qalıb. Universitetlərin çoxunun Bakıda yerləşməsi səbəbindən hər il tələbə adını qazanan minlərlə tələbə paytaxta axın edir. Bu da öz növbəsində kirayə mənzil bazarında canlanma yaradır və qiymət artımına səbəb olur.
Nəticədə tələbələrin əksəriyyəti kirayə mənzil tapmaqda çətinlik çəkir.
Maraqlıdır, hazırda kirayə mənzil bazarında vəziyyət necədir?
Bizim.Media-ya açıqlamasında əmlak sahəsi üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, kirayə mənzillərinin qiyməti bu gün kəskin şəkildə bahalaşıb:
 

“Son illər paytaxt Bakıda çox sayda köhnə, istismar müddətini bitirmiş  yaşayış binalarının və fərdi yaşayış evlərinin kütləvi şəkildə sökülməsi həmin ərazidəki kirayə mənzillərin də bazardan çıxmasına gətirib çıxardıb. Həmçinin, son zamanlar kirayə qiymətlərində də kəskin artımlar baş verir. Sökülən hər çoxmənzilli yaşayış binalarının yerində yeni tikililər inşa olunubsa, yeni mənzillərin kirayə qiymətləri köhnə binalardakı mənzillərdən iki dəfə baha qiymətə təklif olunur.


Hazırda ali təhsil müəssisələrinin böyük hissəsinin paytaxtda olması səbəbindən bölgələrdən hər il olduğu kimi, onminlərlə tələbə Bakıya axın edir. Bu da tələbələrin ciblərinə uyğun kirayə mənzil tapmalarına ciddi problem yaradır. Bu səbəbdən tələbələrin böyük əksəriyyəti Bakıətrafı ərazilərə üz tuturlar. Bu da onların günlərinin bir neçə saatını yollara sərf etməsinə və yol xərclərinin artmaslna gətirib çıxardır.
Artıq yaxın gələcəkdə paytaxt ərazisində kirayə mənzillərin qiymətində yenidən artımlar baş verəcək.
Bunun da səbəbi qalan köhnə binaların sökülməyə başlamasıdır. Bu problemlərin həlli köhnə tələbə yataqlarının sökülərək yenidən tikilməsindən keçir”.
Naibə Məmmədova, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://bizim.media
archiveBu xəbər 11 Sentyabr 2025 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri