Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Minsk formatı tarixə qovuşdu: Cənubi Qafqazda yeni siyasi nizam formalaşır

Minsk formatı tarixə qovuşdu: Cənubi Qafqazda yeni siyasi nizam formalaşır

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ATƏT Minsk prosesi və onunla əlaqəli strukturların bağlanmasını başa çatdırıb.

1 sentyabr 2025-ci il tarixində ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub.

Qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verilib.

Sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 1 dekabr 2025-ci il tarixindən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə tapşırılıb.

Qərarda, həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız elan edilib.

Maraqlıdır, ATƏT-in Minsk prosesinin rəsmən bağlanması region üçün nə deməkdir?

Bu qərar ATƏT-in öz nüfuzuna və ümumilikdə təşkilatın gələcək roluna necə təsir göstərəcək?

ATƏT-in Minsk prosesinin rəsmən bağlanması bir daha təsdiqləyir ki, Cənubi Qafqazda 30 il davam edən “köhnə format” artıq tamamilə bitib. Bu qərar bir neçə mühüm nəticə yaradır. İlk öncə, münaqişə beynəlxalq vasitəçilik gündəmindən çıxır.

Minsk qrupu 1992-ci ildən bəri Qarabağ münaqişəsinin formal vasitəçisi idi. Onun bağlanması faktiki olaraq göstərir ki, ATƏT və digər çoxşaxəli platformalar Qarabağ mövzusunda prosesə rəhbərlik etmək imkanını itiriblər.

Bu, münaqişənin artıq post-konflikt mərhələsinə keçdiyini və regionun yeni siyasi reallığının qəbul edildiyini göstərir.

Daha sonra isə yeni regional nizam formalaşır.

Nəhayət, Ermənistanın illərlə dayandığı beynəlxalq dayaqlar zəifləyir

İrəvan Minsk qrupunun saxlanmasına siyasi zireh kimi baxırdı. Bu strukturun bağlanması Ermənistan üçün həm diplomatik, həm də psixoloji itkidir.

Regiondakı proseslər artıq status-kvo saxlayan qurumlar yox, reallığı qəbul edən tərəflər üzərindən gedəcək.

Sözsüz ki, bu qərar ATƏT üçün ciddi reputasiya zərbəsidir. Çünki bu, 30 illik vasitəçilik missiyasının uğursuzluğunun rəsmi qəbuludur.

Minsk prosesinin bağlanması əslində ATƏT-in deməsidir ki, “biz 30 il ərzində heç nəyi həll edə bilmədik”. Bu, təşkilatın vasitəçilik imkanlarının zəifləməsi deməkdir.

Hazırda ATƏT artıq böyük münaqişələri həll edən təşkilat deyil.

Bununla ATƏT-in beynəlxalq təhlükəsizlik memarlığındakı rolu daha da azalır. NATO, Aİ və ABŞ kimi güclərin dinamizmi fonunda ATƏT passiv quruma çevrilib.

Sonda isə strukturun öz daxilindəki siyasi parçalanma üzə çıxır.

Rusiya–Qərb qarşıdurması ATƏT-i illərdir bloklayırdı. Minsk prosesinin bağlanması həmin dərin parçalanmanın simvolik təsdiqidir.
ATƏT bu qərarla faktiki olaraq böyük güclər arasında neytral platforma rolunu itirir.

Afət

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:51
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 01 Dekabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see247

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see244

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see173

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see162

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see161

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see159

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see149

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see136

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri