Minsk qrupunun buraxılması ilə bağlı müzakirələr gedir Simonyan
Minsk qrupunun buraxılması ilə bağlı müzakirələr gedir.
"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərlə keçirdiyi brifinqdə deyib.
"Ermənistan və Rusiya XİN rəhbərlərinin görüşü bu gün baş tutacaq, məncə, mənim indi fikirlər irəli sürməyim və Ararat Mirzoyanı çətinə salmağım düzgün deyil. Müzakirələr belə gedir ki, hər bir tərəf məsələ ilə bağlı öz mövqeyini təqdim edir və müzakirələr nəticəsində ortaq məxrəc tapılır", - deyə Simonyan bildirib.
Spiker Aİ-nin Ermənistandakı müşahidə missiyasının işini müsbət qiymətləndirib. O, həmçinin bildirib ki, Azərbaycanın irəli sürdüyü tələblərdən biri üçüncü ölkələrin Ermənistanda olmasını istisna edir: "Ermənistan da öz təklifini cavab olaraq təqdim etdi, bunun nədən ibarət olduğunu açıqlamadı. Biz ümid edirik ki, Aİ-nin Ermənistandakı müşahidə missiyasının müddəti uzadılacaq".
Ağarza Elçinoğlu