Icma.az
close
up
RU
Minsk qrupunun ləğv edilməsi Cənubi Qafqazda mövcud şərtləri dəyişir ŞƏRH

Minsk qrupunun ləğv edilməsi Cənubi Qafqazda mövcud şərtləri dəyişir ŞƏRH

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 8 sentyabr, AZƏRTAC

Minsk qrupunun ləğvi barədə qərar 2025-ci il sentyabrın 1-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının qərarı ilə qəbul edilib. Bu o deməkdir ki, ATƏT-in 57 üzv dövləti Qarabağ və Şərqi Zəngəzur torpaqlarının Azərbaycan ərazisi olduğunu de-yure və de-fakto təsdiqləyirlər. Bu da Qarabağ və Şərqi Zəngəzur məsələsini “dondurulmuş münaqişə”yə, “mübahisəli status”a çevirmək istəyənlərin cəhdlərini iflasa uğradır, həmçinin Qarabağ münaqişəsini birdəfəlik olaraq tarixin arxivinə göndərir. Bu da kontekstdə beynəlxalq presedent yaradır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

O bildirib ki, Azərbaycan Minsk qrupunun ləğv edilməsinə nail olmaqla, Qarabağ və Şərqi Zəngəzur torpaqlarında 2020-ci ildə əldə etdiyi hərbi Qələbəni indi həm də diplomatik və siyasi zəfərə çevirə bildi. Eyni zamanda, özünün haqlı mövqeyini beynəlxalq instansiyalarda qəbul etdirməyi bacardı.

“ATƏT-in Minsk qrupunun ləğvi qərarı regionda siyasi durumu Azərbaycanın nəfinə uyğun formada tamamilə dəyişir. Ərazi bütövlüyü, suverenliyi bərpa edilmiş, hərbi baxımdan qüdrətli, diplomatik müstəvidə güclü olan ölkəmizin regional lider statusunu daha da möhkəmləndirir.

Nəzərə almaq lazımdır ki, Minsk qrupu 1992/1997-cı illərdə formal olaraq “Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli məqsədilə” təsis edilsə də, gerçək niyyət fərqli olub. O, reallıqda həmsədr ölkələrin- Rusiya, ABŞ və Fransanın Cənubi Qafqaza yönəlik maraqlarının təmin edilməsi üçün vasitəçi aləti kimi istifadə olunub. Bu baxımdan Minsk qrupu münaqişənin həlli üçün deyil, status-kvonun qorunub saxlanılması, uzun müddətə yaşadılması üçün çalışırdı. Qrupun təşəbbüsü ilə hazırlanmış “Key West danışıqları” (2001), Madrid prinsipləri (2007), Kazan görüşü (2011) on illər ərzində müzakirə mövzusu olsa da, münaqişənin həllində heç bir real nəticə verməmişdi”, - deyə ekspert bildirib.

O əlavə edib ki, Minsk qrupunun ləğvindən sonra təkcə Ermənistan-Azərbaycan münasibətlərində deyil, ümumilikdə Cənubi Qafqaz regionunda şərtlər dəyişir, bölgədə uzunmüddətli sülh və əməkdaşlıq üçün yeni imkanlar yaranır. Həmçinin regional əməkdaşlıq formatlarında Azərbaycanın mövqeyi güclənir. Sentyabrın 1-də verilmiş qərar göstərir ki, Azərbaycanın mövqeyi beynəlxalq səviyyədə dəstəklənir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:43
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Sentyabr 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri