“Minsk qrupunun ləğvi 30 illik nəticəsiz vasitəçiliyə nöqtə qoyur”
Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.
“Minsk qrupunun 1 dekabr 2025-də ləğvi, Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallığın beynəlxalq səviyyədə tanınması deməkdir. Uzun illər münaqişənin həllini süni şəkildə uzadan, status-kvonu qoruyan bu format 44 günlük müharibədən sonra faktiki olaraq funksiyasını itirmişdi. OSCE-nin qərarı, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə yaranmış situasiyada köhnə vasitəçilik modelinin artıq heç bir siyasi legitimliyə sahib olmadığını təsdiqləyir”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Elman Telmanoğlu deyib.
Politoloq bildirib ki, bu addım həm də beynəlxalq təşkilatların regiondakı yeni güc balansına uyğunlaşması kimi qiymətləndirilir: “Minsk qrupunun bağlanması Bakı–İrəvan arasında birbaşa danışıqların və regional diplomatiyanın önə çıxmasına şərait yaradır. Bununla Qafqazda post-münaqişə nizamının qurulması üçün daha realist və praktik mexanizmlərə yol açılır. Son nəticə olaraq, Minsk qrupunun ləğvi 30 illik nəticəsiz vasitəçiliyə nöqtə qoyur və regionda sülhün artıq köhnə formatlara deyil, yeni siyasi reallıqlara əsaslanacağını göstərir”.
Röya İsrafilova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 28 Noyabr 2025 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















