Icma.az
close
up
RU
Minsk qrupunun ləğvi... ATƏT

Minsk qrupunun ləğvi... ATƏT

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Finlandiya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri kimi, Azərbaycan və Ermənistanın Minsk prosesi və əlaqəli strukturların bağlanması ilə bağlı birgə müraciətinə cavab olaraq iştirakçı dövlətlərlə müzakirələrə rəhbərlik edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Report-un Avropa bürosuna təşkilatın mənzil-qərargahından bildirilib.

Təşkilatın rəsmi nümayəndəsi öz növbəsində bildirib ki, ATƏT Katibliyi bu müzakirələr nəticəsində qəbul edilən bütün qərarları həyata keçirməyə hazırdır.

ATƏT-də təsdiq ediblər ki, avqustun 11-də Azərbaycan və Ermənistandan Minsk qrupu və digər əlaqəli institutların ləğvi məsələsinin Nazirlər Şurası tərəfindən həll edilməsinin təklif olunduğu birgə müraciət daxil olub.

Həmçinin oxuyun:

“Bu, bütün türk dünyasının qələbəsidir” – Vaşinqton bəyannaməsi beynəlxalq ekspertlərin ŞƏRHində

“Biz avqustun 8-də Vaşinqtonda imzalanmış razılaşmaları alqışlayırıq, Azərbaycanı və Ermənistanı bu nailiyyət münasibətilə təbrik edir və ABŞ administrasiyasının bu prosesə dəstəyini yüksək qiymətləndiririk”, – təşkilatdan vurğulanıb.

Təşkilatın rəsmi nümayəndəsinin sözlərinə görə, ATƏT Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin edilməsinə yönəlmiş bütün səylərə sadiq qalır.

ATƏT-in Minsk qrupu 1992-ci ildə Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etmək üçün yaradılmışdı. Azərbaycanın qələbəsi ilə başa çatan 2020-ci ilin payızındakı Vətən müharibəsindən sonra rəsmi Bakı dəfələrlə bəyan edib ki, Qarabağ münaqişəsi həll olunub və belə olan halda nə ATƏT-in Minsk qrupuna, nə də onun institutlarına ehtiyac var. Bununla əlaqədar olaraq Azərbaycan Ermənistana Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət etməyi təklif edib. Avqustun 8-də Vaşinqtonda iki ölkənin xarici işlər nazirləri Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə Minsk qrupunun buraxılması haqqında birgə müraciət imzalayıblar. ATƏT-in Minsk qrupunun ləğvi Azərbaycanın Ermənistanla sülh sazişi imzalamaq üçün irəli sürdüyü iki şərtdən biri idi.

Üç həmsədr ölkə – ABŞ, Rusiya və Fransadan başqa, qrupa Belarus, Almaniya, İtaliya, Türkiyə, Finlandiya və İsveç, Azərbaycan və Ermənistan daxildir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Avqust 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri