Icma.az
close
up
RU
Menu

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

Marsda “kartof çipsi” dalğaları tapıldı

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Bakıda 28 istiqamətdə sıxlıq var

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

ATƏT in Minsk qrupunun ləğvi: Labüd bir nəticə

ATƏT in Minsk qrupunun ləğvi: Labüd bir nəticə

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 6 dekabr, AZƏRTAC

Qarabağ münaqişəsi təəssüflər olsun ki, Azərbaycan üçün uzun illər boyunca həm siyasi, həm də humanitar böhran yaratdı. Məlum olduğu kimi, bu konfliktin həlli üçün beynəlxalq səviyyədə vasitəçilik edən qurumlardan biri olaraq ATƏT-in Minsk qrupu yaradıldı. Lakin təcrübə göstərdi ki, Minsk qrupu faktiki olaraq konfliktin həllinə real töhfə verməyib, Azərbaycanın haqlı mövqeyini dəstəkləməkdə ciddi şəkildə səmərəsiz qalıb. Bu səbəbdən qrupun bu günlərdə ləğvi Azərbaycan üçün labüd və zəruri nəticə hesab oluna bilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva söyləyib.

Deputat bildirib ki, 1992-ci ildə ATƏT tərəfindən yaradılan və ABŞ, Rusiya və Fransa kimi üç əsas üzvdən ibarət olan bu qrupun məqsədi Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək vermək, danışıqlar platforması yaratmaq və regionda sabitliyi təmin etmək idi. Lakin uzun illər boyu Minsk qrupu, öz missiyasında daha çox səmərəsizliyi ilə diqqət çəkdi. Belə ki, görüşlər, bəyanatlar və münaqişənin həllinə dair planlar çox vaxt formal xarakter daşıyır, praktik nəticələr vermirdi. Minsk qrupu illərlə fəaliyyət göstərsə də, Azərbaycanın haqlı mövqeyi heç vaxt qrup üçün prioriteti olmadı. Bir çox hallarda bəyanatlar və təkliflər Ermənistan tərəfini daha çox qorudu, Azərbaycan tərəfinin haqlı tələbləri nəzərə alınmadı.

Onun sözlərinə görə, qrupun fəaliyyəti illərlə davam edən danışıqlar, bəyanatlar və “sülh təşəbbüsləri” ilə xarakterizə olunurdu. Lakin bu təşəbbüslər konfliktin həllinə real təsir göstərmir, davamlı sülhün təmin edilməsində praktik nəticə vermirdi. Minsk qrupunun üzv ölkələri – ABŞ, Rusiya və Fransa – öz regional və beynəlxalq maraqlarını Azərbaycanın və Ermənistanın haqlı mövqelərindən üstün tuturdu. Bu da qrupun Azərbaycanın maraqlarını qorumaq imkanını ciddi şəkildə məhdudlaşdırırdı.

“Qrupun uzun illər fəaliyyətinə baxmayaraq, Qarabağ münaqişəsində həll edilə biləcək konkret məsələlər həll olunmadı, status-kvo dəyişmədi. Bu, qrupun effektiv vasitəçilik missiyasını əhəmiyyətsiz etdi.

2020-ci ilin ikinci Qarabağ müharibəsi Minsk qrupunun mövcud strukturunun və fəaliyyət prinsipinin artıq Azərbaycan üçün faydasız olduğunu göstərdi. Müharibənin nəticələri açıq şəkildə göstərdi ki, qrup münaqişənin həllində konstruktiv rol oynamayıb, Azərbaycan tərəfinin haqlı mövqeyini müdafiə etməyib. Bu mərhələdə Azərbaycanın strateji maraqlarını qorumaq və ərazi bütövlüyünü təmin etmək üçün yeni, effektiv vasitəçilik mexanizmlərinə ehtiyac yaranıb.

Minsk qrupunun fəaliyyətsizliyi Azərbaycan üçün yeni diplomatik strategiyaların formalaşmasına səbəb olub. Azərbaycan beynəlxalq platformalarda öz mövqeyini daha sərbəst və güclü şəkildə irəli sürməyə başlayıb. Regionda sülh və sabitlik üçün effektiv və real nəticələr verən vasitəçilik mexanizmləri ön plana çıxıb. Azərbaycan üçün strateji prioritetlər – ərazi bütövlüyü, suverenlik və milli maraqlar – diplomatik fəaliyyətin mərkəzinə çevrilib.

Bir daha qeyd etməliyik ki, ATƏT-in Minsk qrupunun ləğvi Azərbaycan üçün labüd və zəruri bir nəticədir. Minsk qrupunun ləğvi birmənalı olaraq həm strateji, həm də diplomatik baxımdan Azərbaycanın gələcək maraqlarına xidmət edən zəruri addım kimi qiymətləndirilməlidir”, - deyə deputat qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Dekabr 2025 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see738

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see591

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see305

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see302

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see294

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see293

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see281

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see271

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see256

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see254

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see251

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see248

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see248

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see246

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see244

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see228

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see222

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see214

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see209

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri