Icma.az
close
up
RU
Minsk qrupunun ləğvi Azərbaycana nə vəd edir?

Minsk qrupunun ləğvi Azərbaycana nə vəd edir?

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Keçmiş amerikalı həmsədr kimi deyə bilərəm ki, Minsk qrupunun ləğvinin vaxtı doğrudan da çatıb və hətta keçib”.

Bu sözləri yerli mediaya açıqlamasında ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, amerikalı ekspert Riçard Hoqland deyib.

O bildirib ki, bu qrup onilliklər ərzində Azərbaycanla Ermənistan arasındakı Qarabağ probleminin həlli üçün danışıqlar aparıb.

“İndi hələ işlənəcək detallar var. Çox, müsbət haldır ki, Bakı və İrəvan indi birlikdə işləyirlər. Bu, o deməkdir ki, Minsk qrupuna həqiqətən də artıq ehtiyac yoxdur. Bu keçmişdə qaldı və gələcəyə doğru irəliləmək lazımdır”, - deyə Hoqland əlavə edib.

Bununla da Riçard Hoqland Azərbaycanla Ermənistan arasında sülh prosesinin reallaşması üçün vasitəçisiz danışıqların daha uğurlu format olduğuna işarə edib. 

Ümumiyyətlə, ATƏT-in Minsk qrupunun fəaliyyətinə xitam verilməsini son illər həm Cənubi Qafqazda, həm də beynəlxalq münasibətlərdə baş verən proseslər zəruri edir.  

Birinci amil Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi və erməni separatizminə son qoymasından sonra regionda geosiyasi şəriatin dəyişməsi ilə bağlıdır.

Postmünaqişə dövründə Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi həm müxtəlif üçtərəfli, həm də ikitərəfli formatlarda aparılıb. Lakin müsbət nəticələr birbaşa müzakirələrdə əldə olunub.

Bu baxımdan, artıq Minsk qrupunun fəaliyyətinə ehtiyac qalmayıb. Əskinə, Minsk qrupunun mövcudluğu həmsədr dövlətlərin sülh prosesinə müdaxiləsinə imkan yaradır. 

Bölgədə status-kvo dəyişdiyindən vasitəçilik institutunun saxlanılması üçün siyasi və hüquqi əsaslar qalmayıb. ATƏT-in Minsk qrupuna daxil olan ölkələr İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni geosiyasi reallıqları qəbul edib. Vasitəçilik institutunun mövcudluğu sadəcə olaraq, Ermənistana manipulyasiya  imkanları yaradırdı ki, bu da sülh prosesini əngəlləyirdi. 

Ona görə də avqustun 8-də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanmasına ev sahibliyi edən ABŞ də Minsk qrupunun buraxılması təşəbbüsünü dəstəkləyib. Riçard Hoqlandın açıqlamasını da bu kontekstdə şərh etmək laızmdır.

Minsk qrupunun ləğvini vacib edən ikinci mühüm səbəb kimi 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işalçılıq müharibəsinə başlamasından sonra Moskva və Qərb arasında yaranmış geosiyasi qarşıdurmanı göstərmək olar. 

Minsk qrupuna həmsədrlik edən ABŞ və Fransa Rusiya ilə diplomatik əməkdaşlıqdan imtina etdi. Bu barədə ilk açıqlamanı hələ 2022-ci il aprelin 8-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov vermişdi.

O, ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ və Fransanın bu format çərçivəsində Rusiya ilə əlaqə saxlamaqdan imtina etdiklərini demişdi:

“ATƏT-in Minsk qrupu üçlüyünün gələcək taleyinin necə olacağını deyə bilmərəm. Çünki rusofobiyanın təsiri altında olan amerikalı və fransalı tərəfdaşlarımız Rusiya ilə təmasları ləğv etməyə can ataraq, ATƏT-in Minsk qrupunu ləğv ediblər”.

2022-ci il noyabrın 18-də ABŞ Dövlət katibinin Qafqazda danışıqlar üzrə baş müşaviri vəzifəsində çalışan Filip Riker də Minsk qrupunun fəaliyyətinə xitam verildiyini bəyan etmişdi.

“ATƏT-in Minsk qrupu artıq fəaliyyət göstərmir. Vaşinqton yalnız Bakı və İrəvanla birbaşa qarşılıqlı əlaqə prosesində Azərbaycan və Ermənistan arasında sülh yolu ilə nizamlanma ilə məşğuldur. Proseslər elə sürətlə inkişaf edir ki, artıq Minsk Qrupunun fəaliyyətinə ehtiyac yoxdur”, - deyə Filip Riker bəyan edib. 

Avqustun 28-də Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviçin də Minsk qrupunun buraxılmasəı barədə Azərbaycan və Ermənistanın birgə müraciətini dəstəkləməsi Moskvanın yaranmış reallığı qəbul etdiyini göstərir. 

Yəni münaqişə başa çatdığından və sülh sazişinin mətni parafılandığına görə həmsədr dövlətlər artıq prosesə vasitəçi kimi təsir imkanlarını itiriblər. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Minsk qrupu Azərbaycan Riçard Hoqland

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Avqust 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see379

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see364

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see323

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see290

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see282

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see229

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see228

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see224

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see204

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see204

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see192

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see190

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see189

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see184

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see184

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see175

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri