Icma.az
close
up
RU
Minsk Qrupunun SONU 30 illik uğursuz vasitəçilik modeli necə İFLASA UĞRADI?

Minsk Qrupunun SONU 30 illik uğursuz vasitəçilik modeli necə İFLASA UĞRADI?

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ATƏT-in Minsk Qrupunun 30 noyabr saat 23:59-da rəsmi olaraq fəaliyyətini dayandırması bu strukturun uzun illər davam edən vasitəçilik modelinin tam iflasını təsdiqlədi.  
Bu qrup yaradıldığı ilk gündən BMT-nin Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edən dörd məlum qətnaməsinə əsaslanmalı idi.
Həmin qətnamələrdə Ermənistan Silahlı Qüvvələrinin qeyd-şərtsiz şəkildə Azərbaycan torpaqlarından çıxması açıq şəkildə göstərilirdi. Lakin zaman keçdikcə Minsk Qrupu bu öhdəliyə nəinki riayət etmədi, hətta mandatının mahiyyətinə uyğun olmayan, ikili standartlara əsaslanan mövqe sərgiləməyə başladı.
Uzun illər ərzində qrup nə işğalçını öz adı ilə adlandırdı, nə də regionda baş verənlərə adekvat siyasi reaksiya verdi. Qrupun bəyanatlarında faktiki vəziyyət açıq şəkildə təhrif edilirdi. Hətta bəyanatlardan birində Azərbaycanın suveren ərazilərinin “No Man’s Land” kimi təqdim olunması beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulması idi. Bu isə qurumun vasitəçilik missiyasının obyektivliyinin mövcud olmadığını, ikili standartlar altında hərəkət etdiyini sərgiləyirdi. 
 

Reallıq ondan ibarətdir ki, Minsk Qrupunun 30 illik fəaliyyəti əslində fəaliyyət deyil, fəaliyyətsizlik tarixidir. Əgər qrup hadisələri öz adı ilə adlandırsaydı, faktları gizlətməsəydi və BMT-nin qətnamələrinə uyğun mövqe ortaya qoysaydı, bəlkə də münaqişənin həllinə real töhfə vermək mümkün olardı. Lakin bu baş vermədi və proseslər illərlə süni şəkildə uzadıldı.


2020-ci ildə Azərbaycan öz ərazilərini işğaldan azad etməyə başlamaqla beynəlxalq hüququ faktiki olaraq özü icra etdi, ədalətsizliyə son verdi.  Bu mərhələdən sonra Minsk Qrupunun mövcudluğu belə tamamilə mənasız idi.
Azərbaycan açıq şəkildə bəyan edirdi ki, bu mexanizm regionda status-kvonu qorumağa xidmət etməklə sülh prosesinə maneçilik törədir.
Sentyabrdan etibarən başlayan institusional dəyişikliklər bu gün tam yekunlaşdı və Minsk Qrupu ən uğursuz vasitəçilik missiyası kimi tarixin arxivlərinə qovuşdu. 
Ülviyyə Zülfiqar, siyasi şərhçi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 Dekabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri