Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Minsk qrupunun sonu

Minsk qrupunun sonu

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Pərvanə SULTANOVA
[email protected]

İkinci Qarabağ müharibəsindən sonra de-fakto mövcud olmayan ATƏT-in Minsk qrupunun de-yuri ləğv edilməsi ilə bağlı yaxın günlərdə qərar veriləcək. Məlum olduğu kimi, bununla bağlı Azərbaycan və Ermənistan ATƏT-in Baş katibinə birgə müraciət ünvanlayıb. Bir neçə gün əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nazirlər Kabinetinin Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasında bəyan etdi ki, Minsk qrupu və əlaqədar strukturlarının bağlanması ilə bağlı müraciət ATƏT ölkələri arasında yayılıb. İştirakçı dövlətlər qərarın qəbulu üçün lazımi prosedurları dəstəkləməyə çağırılıb və 1 sentyabrda qərarın qəbulu gözlənilir.

ATƏT-in Minsk qrupunun ləğvi təşəbbüsü Azərbaycan dövlətinə məxsusdur. Azərbaycanla Ermənistan arasında 17 bəndlik sülh sazişinin mətni bu ilin mart ayında tam razılaşdırılıb, 8 avqust tarixində isə sənəd Ağ Evdə paraflanıb. Lakin Azərbaycan tərəfi sülh sazişinin imzalanması üçün iki şərt irəli sürüb - ATƏT-in Minsk qrupunun ləğvi üçün birgə müraciət və Ermənistan konstitusiyasına müvafiq dəyişikliklərin edilməsi. Söhbət Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasından gedir. Ermənistan tərəfi Bakının tələblərini yerinə yetirməklə bağlı vaxt uzatmaqla məşğul idi. Məsələn, rəsmi İrəvan Minsk qrupunun sülh sazişinin imzalandığı gündə ləğvini təklif edirdi. Ancaq 8 avqustda Vaşinqtonda keçirilən üçtərəfli sammitdə Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidentinin şahidliyi ilə ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların buraxılması ilə bağlı qərar qəbul etdilər.

Yeri gəlmişkən tərəflərin birgə müraciətindən sonra ATƏT-dən yerli mediaya bildirilib ki, 11 avqustda Ermənistan və Azərbaycan tərəfindən birgə müraciət alındıqdan sonra, ATƏT-in 2025-ci il sədri olan Finlandiya Minsk prosesinin və onunla əlaqəli strukturların bağlanması üçün iştirakçı dövlətlərlə müzakirələrə rəhbərlik edir. Bunun üçün bütün 57 iştirakçı dövlətin konsensusu ilə qəbul edilən Nazirlər Şurasının qərarı tələb olunur. 25 avqustda keçirilmiş Xüsusi Daimi Şura iclasından sonra Minsk prosesinin və ona bağlı strukturların bağlanması barədə Nazirlər Şurasının qərar layihəsi iştirakçı dövlətlərə təqdim edilib və 1 sentyabra qədər sakit prosedur vasitəsilə təsdiqlənməsi üçün göndərilib. Bu prosedur heç bir iştirakçı dövlət etiraz etmədiyi halda həmin tarixdə qərarın qəbul edilməsinə imkan verir.

Yaxın günlərdə tarixin arxivinə gömüləcək Minsk qrupu təxminən 30 il ərzində səmərəsiz, faydasız fəaliyyəti ilə, həmçinin ermənilərin maraqlarından çıxış edən ədalətsiz bir təsisat kimi yadda qalacaq. Bu struktur ATƏM-in (1 yanvar 1995-ci ildən ATƏT- red) üzv dövlətləri Xarici İşlər Nazirləri Şurasının 1992-ci il martın 24-də Finlandiyanın paytaxtı Helsinkidə keçirilmiş görüşündə təsis edilib. Görüş zamanı Qarabağdakı vəziyyət müzakirə olunaraq, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilib. Qrupun tərkibinə ABŞ, Fransa, Rusiya, Azərbaycan, Ermənistan, Almaniya, Belarus, İsveç, İtaliya, Niderland, Portuqaliya, Türkiyə və Finlandiya daxil idi. Minsk qrupu Ermənistan-Azərbaycan münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsilə həlli üçün yaradılmışdı. 1994-cü il dekabrın 5-6-da qurumun Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis olundu. Həmsədrlik institutuna ilk vaxtlar Finlandiya ilə Rusiya, daha sonra isə 1995-1996-cı illərdə İsveç və Rusiya rəhbərlik edib. 1997-ci il yanvarın 1-dən isə ATƏT-in Minsk qrupunun həmsədrlər dövlətləri ABŞ, Rusiya və Fransa olub.

Qeyd etdiyimiz kimi, ötən müddət ərzində Minsk qrupu vasitəçi olaraq heç bir addımı ilə yadda qalmayıb. Əksinə, hər zaman işğalçı ilə işğala məruz qalan dövlətə eyni yanaşma sərgilənib, Ermənistana nəinki hər hansı təzyiq göstərilib, heç sözdə belə işğal faktı pislənməyib. Münaqişəni dondurmağa, o zamankı status-kvonu saxlamağa çalışıblar, regiona turist səfərləri həyata keçiriblər.

İkinci Qarabağ müharibəsindən sonra onsuz da fəaliyyətsiz olan Minsk qrupunun artıq sənəd üzərində belə heç bir işi qalmadı. Amma buna baxmayaraq, onlar yenə regiona səfər etdilər.

Azərbaycan Prezidenti İlham Əliyev 12 dekabr 2020-ci ildə ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dən olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı o zamanı səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərək bu qurumun 30 ilə yaxın dövr ərzində fayda vermədiyini vurğulamişdı. Dövlət başçısı onlara müraciətlə demişdi: "Sizi dinləyirəm, çünki buraya gəlmək sizin ideyanız idi. Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var".

Dövlət başçısı eyni zamanda, Azərbaycanın 30 ilə yaxın davam edən münaqişəni həll etdiyini, buna güc yolu və siyasi vasitələrlə nail olduğunu söyləmişdi: "Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir. Beləliklə, Azərbaycan bu məsələni özü həll etmişdir".

"Əl-Ərəbiyyə" kanalına müsahibəsində isə dövlət başçısı söyləyib ki, Minsk qrupu 1992-ci ildə ATƏM tərəfindən Qarabağ münaqişəsinin həlli üçün yaradılmışdı. Ermənistan rəsmi şəkildə Qarabağı Azərbaycanın hissəsi kimi tanıdığını və münaqişənin başa çatdığını bildirdiyi halda, Minsk qrupunun hüquqi mövcudluğu absurddur: "Əgər onu saxlamaqda israrlı olsalar, bu, onların Qarabağla bağlı hələ də ərazi iddialarının olduğunu göstərir. Bu, mövqeyimizin əsasında dayanan məntiq idi. Ermənistana anlatmaq üçün çox vaxt və səy sərf etdik ki, hər iki tərəf Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə məktub yazsın və bu, Prezident Trampın iştirakı ilə baş verdi. Hazırda proses artıq başlayıb və bu, Minsk qrupunun hüquqi süqutunu ifadə edəcək, çünki o, artıq beş ildən çoxdur ki, fəaliyyətsizdir".

Beləliklə, Azərbaycanın daha bir tələbi artıq reallaşmaq üzrədir. Bu, Bakının regionda yaratdığı yeni reallıqların bütün dünya tərəfindən qəbul ediliyinin daha bir nümunəsidir. Eyni zamanda, Vaşinqton sammitində əldə edilmiş razılıqların Cənubi Qafqazda yeni səhifə açdığını, sülh gətirdiyini göstərir.

Milli Məcliin deputatı Rasim Musabəyov mövzu ilə bağlı "525"ə deyib ki, Minsk qrupunun ləğvi ilə bağlı müsbət qərarın qəbul ediləcəyini gözləyir: "Düşünmürəm ki, kimsə bunun qarşısını ala bilsin. Əgər tərəflər bunun lehinədirlərsə, razılığa gəliblərsə, kim və hansı əsasla buna qarşı gedə bilər?  Hansısa səbəb göstərilirsə, onu əsaslandırmaq lazımdır. Burada isə əsaslandırılacaq nəsə qalmayıb. Tərəflər bunu istəyirlər. Kim deyəcək ki, yox, bunu saxlamaq lazımdır. Hər bir halda Azərbaycan ümumiyyətlə bütün qərarlara veto qoya bilər və hər hansı qərarın qəbulunun qarşısını ala bilər. Ona görə də düşünmürəm ki, kimsə buna etsin".

Deputat hesab edir ki, Minsk qrupu tarixdə "diplomatik turizm" fəaliyyətini icra edən struktur kimi qalacaq: "Bu təsisatın münaqişənin nizamlanmasında heç bir faydası olmayıb. Məsələnin həlli ilə yox, prosesi dondurmaqla məşğul idilər. Təki müharibə olmasın, vəziyyəti olduğu kimi saxlasınlar. Minsk qrupunun formal olaraq qalması o demək idi ki, bu məsələ beynəlxalq gündəlikdə hələ də mövcuddur. Azərbaycan bu məsələni gündəmə gətirməklə və Minsk qrupunun ləğvinə nail olmaqla, məsələni beynəlxalq gündəlikdən silib çıxarır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Sentyabr 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see558

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see298

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see291

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see217

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see217

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see216

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see216

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see208

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see204

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see203

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see203

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see203

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see201

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see199

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see199

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see197

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see196

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see195

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see195

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri