Icma.az
close
up
RU
Minskdə Azərbaycan və Belarus gənclərinin əməkdalığı müzakirə olunub

Minskdə Azərbaycan və Belarus gənclərinin əməkdalığı müzakirə olunub

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Kiyev, 19 iyun, AZƏRTAC

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Minsk şəhərində Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yardımı ilə "Azərbaycan-Belarus Gənclər Forumu" layihəsi çərçivəsində ilk tədbirini reallaşdırıb.

AZƏRTAC xəbər verir ki, Forumdan öncə “BRSM” İctimai Təşkilatının çoxsahəli fəaliyyəti ilə bağlı ekskursiya təşkil edilib.

Forumu giriş sözü ilə BRSM rəhbəri, Belarus Parlamentinin deputatı Aleksandr Lukyanov açaraq Belarus-Azərbaycan əlaqələrindən, gənclərlə bağlı həyata keçirilən layihələrdən danışıb.

Daha sonra ASGA sədri Səbuhi Abbasov çıxış edərək Forumun hər iki ölkə gəncləri üçün faydalı olacağını deyib: "Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi gənclərin beynəlxalq əməkdaşlığı istiqamətinə hər zaman xüsusi diqqət ayırıb. Bu mənada bu gün reallaşan forumun Bakıda davam etməsini vacib hesab edirik. Forum hər iki ölkə gəncləri üçün yeni bir platforma rolunu oynayacaqdır".

Forumda məruzə ilə çıxış edən "İslahatçı Gənclər" İB-nin sədri Fərid Şahbazlı hər iki ölkə liderinin sıx, səmimi dostluq əlaqələrinin ölkələrimiz arasında münasibətlərə ciddi töhfə verdiyini bildirdi. F.Şahbazlı qeyd etdi ki, 44 günlük Vətən müharibəsi dövründə Belarusun Azərbaycana verdiyi dəstəyi xalqımız hər zaman hörmətlə xatırlayır.

Daha sonra Azərbaycan Mətbuat Şirasının İH-nin üzvü, "Azxeber.com" saytının baş redaktoru Hacıbəy Heydərli çıxış edərək hər iki ölkə gənclərinin media sahəsində əməkdaşlığının vacib olduğunu deyib.

MDU-nun müəllimi, fəlsəfə doktoru, gənc alim Müşfiq Hüseynov çıxış edərək Belarus və Azərbaycan gənclərinin elm sahəsində əməkdaşlığının perspektivlərindən danışıb.

Daha sonra digərləri çıxış edənlər Azərbaycan-Belarus əlaqələrindən, Forumun əhəmiyyətindən danışdılar.

Sonra Forum iştirakçılarına sertifikatlar, suvenirlər və geyim hədiyyələri təqdim edilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 İyun 2025 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see321

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see306

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see293

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see287

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see286

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see273

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see255

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see252

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see249

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see245

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see243

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see240

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see236

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see228

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see227

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see203

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see201

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri