Icma.az
close
up
RU
Minskdə Azərbaycan və Belarus arasında mühüm sənədlər imzalandı

Minskdə Azərbaycan və Belarus arasında mühüm sənədlər imzalandı

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Minskdə Azərbaycan-Belarus Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 16-cı iclası keçirilib. Tədbir çərçivəsində iki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərini əhatə edən bir sıra mühüm sənədlər imzalanıb.

Moderator.az "Report"a istinadən xəbər verir ki, ilk olaraq Azərbaycan baş nazirinin müavini Samir Şərifov və Belarus baş nazirinin müavini Natalya Petkeviç Azərbaycan-Belarus Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 16-cı iclasının protokolunu imzalayıblar.

Daha sonra Belarusun Milli Statistika Komitəsi ilə Azərbaycanın Dövlət Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədə Belarusun Milli Statistika Komitəsinin sədri İnna Medvedeva və Azərbaycanın Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulov imza atıblar.

Tədbir çərçivəsində həmçinin Belarusun İdman Nazirliyi ilə Azərbaycanın Gənclər və İdman Nazirliyi arasında 2026-2030-cu illəri əhatə edən bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq proqramı imzalanıb. Sənədi Belarusun idman naziri Sergey Kovalçuk və Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov təsdiqləyiblər.

Səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycan və Belarusun səhiyyə nazirlikləri arasında 2026-2027-ci illər üzrə əməkdaşlıq proqramı - "Yol xəritəsi" də imzalanıb. Sənədə Belarusun səhiyyə nazirinin müavini Aleksandr Starovoytov və Azərbaycanın səhiyyə nazirinin müavini Nadir Zeynalov imza atıblar.

Bundan əlavə, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi ilə Belarusun "POJSNAB" MMC-si arasında 21 ədəd yanğınsöndürmə texnikasının yığılması üzrə müqavilə imzalanıb. Müqaviləni "POJSNAB" MMC-nin direktor vəzifəsini icra edən Sergey Zaxareviç və Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev imzalayıblar.

Qeyd edək ki, sənədlər Azərbaycan-Belarus Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 16-cı iclası çərçivəsində imzalanıb və iki ölkə arasında iqtisadi, sosial və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 İyun 2026 21:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see336

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see308

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see268

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see252

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see250

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see246

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see241

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see233

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see230

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see227

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see217

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see216

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see214

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see209

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see207

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see204

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see202

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see201

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see186

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri