Icma.az
close
up
RU
MİQ dən 96 bal toplayan respublika birincisi: Dərsə gəlmək üçün 3 avtobus dəyişməli oluram

MİQ dən 96 bal toplayan respublika birincisi: Dərsə gəlmək üçün 3 avtobus dəyişməli oluram

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Xəbər verdiyimiz kimi, müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi başlayıb.

Belə ki, I seansda texnologiya, təsviri incəsənət və Azərbaycan dili, II seansda isə informatika, rus dili və ədəbiyyatı fənlərindən imtahan keçirilib.

İmtahandan yüksək bal toplayanlardan biri də Aytac Abbasovadır.

Belə ki, o, texnologiya fənni üzrə 96.25 bal toplamaq Respublika birincisi olub.

Redaktor.az xəbər verir ki, "azedu.az" saytı bu münasibətlə Aytac müəllimlə əlaqə saxlayıb təəssüratlarını öyrənib.

Gəncə şəhərində anadan olan 25 yaşlı Aytac Abbasova hazırda Samux rayonu Hacıalı kənd ümumi orta məktəbində fəaliyyət göstərir:

"Bu sahədə 4 ildir fəaliyyət göstərirəm. İmtahandan 40/40 ixtisas, 17 isə kurikulumdan yazmışam. Gəncə Dövlət Universitetinin (GDU) məzunu olmuşam. Düşünürəm ki, hər şey savaddan əlavə, çox çalışmaqdan və əzmkarlıqdan keçir. Allah heç kəsin əziyyətini yerdə qoymur. Bu səviyyəyə çata bilmək üçün çox çalışdım. Savadımla, biliyimlə, əzmkarlığımla və ailəmin dəstəyi ilə bu mərhələyə gəldim. 96 balı 90 dəqiqəyə bitirmişdim.

Yüksək bal toplamaq çox gözəl hissdir. Hələ ki, belə gənc yaşda nailiyyət əldə etmək daha da sevindiricidir. Çalışdığım məktəbə qəbul olarkən 60-dan 52 bal yığmışdım. Həmin vaxt Gəncə vakansiyasına düşə bilmədim, lakin indi Gəncədə fəaliyyətimi davam etdirmək istəyirəm. Respublika birincisi olmaq insanı özəl və gözəl hiss etdirir. Bu pillədə özümü görməyi çox istəmişdim. Bu təkcə mənim deyil, həm də təhsilimizin uğurudur.

İmtahan olduqca şəffaf qaydada təşkil olunmuşdu. Sualları asan və ya çətin edən bizim oxumaq potensialımızdır. Çox çalışan üçün suallar asan gəlir.

Həftədə 2 dəfə Samuxa dərs demək üçün gəlirəm. Dərsə gəlmək üçün 3 avtobus dəyişməli oluram. Əsas məsələ burada sualları tez-tələsik cavablandırmamağa çalışmaqdır. Həyəcan onsuz da qaçılmazdır. Yəni, 5 dəfə MİQ-ə gələn müəllimdə də, 1-ci dəfə iştirak edən müəllimdə də həyəcan olur. Sadəcə sualları daha dəqiq və məntiqlə düşünmək lazımdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 İyul 2025 22:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see196

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see141

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see135

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri