Icma.az
close
up
RU
MİQ imtahanı DİM ə verilə bilər? Hazırda buna ehtiyac...

MİQ imtahanı DİM ə verilə bilər? Hazırda buna ehtiyac...

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sosial şəbəkələrdə müəllimlərin işə qəbulu (MİQ) imtahanını Dövlət İmtahan Mərkəzi (DİM)  tərəfindən keçirilməsi barədə fikirlər səsləndirilir.

Maraqlıdır, etirazın əsas səbəbi nədir, MİQ DİM-ə verilə bilərmi və belə olarsa, imtahan ödənişi nə qədər ola bilər? 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, bu məsələnin əsas səbəbi DİM-in qəbul imtahanları ilə bağlı qiymətləri artırmasıdır. 

“Belə ki, buraxılış imtahanına giriş qiyməti 20 manatdan 45 manata, blok imtahanı 40 manatdan 45/50 manata, altqrupu imtahanı 10 manatdan 20 manata, əlavə xarici dil imtahanı 10 manatdan 30 manatadək artırılıb. Bu da anidən 2-3 dəfə artım deməkdir. Yəni bu fikir də artımlarla bağlı olan etiraz danışılarkən ifadə edilib. Əslində, bu artımlar heç də xoşagələn bir artım deyil. Çünki həqiqətən də iki-üç dəfə qiymətlərin artırılması birdən-birə ictimaiyyətdə müəyyən narazılıqlara səbəb olur. Nəzərə alsaq ki, bu qəbul imtahanlarında hardasa 150 min ətrafında abituriyent iştirak edir, bu da təbii ki, 150 min ailənin etirazına səbəb olur. Bir misalı nəzərinizə çatdırım. Buraxılış imtahanının qiyməti 45 manat olub. Buraxılış imtahanında üç fənndən Azərbaycan dili, riyaziyyat və xarici dil üzrə imtahan verilir. Abituriyentlər üçün üç fənnin qiyməti 45 manatdır. Yəni hər fənn 15 manat nəzərdə tutur. Amma sadəcə tək xarici dildən isə bu imtahanın qiyməti 30 manat qiyməti olaraq müəyyənləşdirilib. Yəni bir fənn digər tərəfdən buraxılış imtahanında 15 manat, amma tək xarici dil olanda isə 30 manatdır. Bu 15 manatın üzərinə 5 manat qoyub 20 edə bilərdilər”. 

Mütəxəssisin sözlərinə görə, bir abituriyentin imtahanlarda iştirak etməsi hardasa 250 manata başa gəlir:

“DİM bir dəfə hər kəsə qəbul imtahanlarında ödənişsiz iştirak hüququnu təmin edir. Bəli, biz buna razıyıq. Düzdür, ödənişsiz forma ilk olaraq təmin olunur, amma  cari ilin 11-ci sinifləri xarici dillər imtahan verdiyi təqdirdə və yaxud da blok imtahanında alt qrupların hər ikisini seçdiyi təqdirdə yenə də imtahanda iştirak edir. Bir abituriyent bu imtahanlarda iştirak etmək üçün bir də xarici dili dəyişərsə, toplam buraxılış imtahanı 45 AZN + xarici dil imtahanı 30 AZN + blok imtahanı birinci cəhd 45 AZN+ altqrupu 20 AZN+ ikinci cəhd blok imtahanı 50 AZN+ altqrupu 20 AZN = 220 AZN xərcləmiş olur. Misal üçün ola bilər ki, hər hansı bir abituriyent keçən il müraciət edib, ürəyi istəmədiyi bir ixtisasa qəbul olub. Bu il təkrar müraciət etmək istəyir və bu il təkrar müraciət etmək istədiyi təqdirdə, hardasa 200-250 manat arası ödəniş ödəməlidir ki, burada gəlib iştirak edə bilsin”.

Qiymət artımının ciddiliyini vurğulayan ekspert sınaq imtahanlarının sayının çoxaldılmasını təklif edib:

“Dövlət tərəfindən xüsusi dəstək göstərilməsinə baxmayaraq, əgər DİM-in büdcə ilə bağlı narahatlığı vardısa, bunu başqa yollarla təmin edə bilərdi. Misal üçün, qəbul imtahanlarında qiymət artımındansa sınaq imtahanları keçirilə bilər. On beş il bundan əvvəl DİM hər qəbul prosesində 6-7 sınaq imtahanı keçirirdi. Son dövrlərdə artıq bu sınaq imtahanı demək olar ki, azalıb.  Sınaq imtahanı belədir ki, istəyən gəlib iştirak edə bilər, istəyən iştirak etməz, amma qəbul imtahanı elə deyil. Qəbul imtahanında məcburdur ki, abituriyent gedib iştirak etsin". 

 

R.Nurəliyev qeyd edib ki, MİQ imtahanı DİM nəzdinə keçərsə, iştirak üçün qiymət 100 manata çata bilər:

“Bildiyiniz kimi, MİQ imtahanını Elm və Təhsil Nazirliyi keçirir. Bilirsiniz, MİQ imtahanının suallarında qeyri-obyektivlik olduğunu düşünənlər imtahanların DİM-ə keçirilməsi üçün təkliflər verirdi. Elm və Təhsil Nazirliyi hazırda MİQ imtahanını pulsuz həyata keçirir. Yəni MİQ imtahanında iştirak edən namizədlər bir qəpik belə ödəniş etmədən qeydiyyatdan keçirlər və imtahanda iştirak edərək müəyyən vakansiyalara müraciət edə bilirlər. MİQ imtahanı DİM nəzdinə keçərsə, bu qiymət ciddi bir şəkildə artacaq. Abituriyentlərin qəbul imtahanı 45-50 manat civarındadırsa, MİQ imtahanı hardasa 70-80, bəlkə də 100 manata qədər gəlib çıxa bilər”. 

Ekspert sonda bir daha MİQ imtahanın DİM-ə verilməsinin tərəfdarı olmadığını vurğulayıb:

“Bununla yanaşı, ETN DİM-dən heç də pis imtahan keçirmir. DİM-in son qəbul imtahanlarında olan problemlərini hamımız gördük. Bildiyiniz kimi, bu yaxınlarda buraxılış imtahanı olacaq. Buraxılış imtahanında hər hansı bir problem, hər hansı bir narahatlıq olacaqmı? Bunu təbii ki, artıq yaşayıb görəcəyik. Ümumilikdə, MİQ ETN-nin nəzdində qalarsa, daha yaxşı olar. Çünki hazırda heç bir imtahanda iştirak üçün ödəniş tələb olunmur. Bu da belə bir üstünlükdür”. 

Firuzə Əliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:249
embedMənbə:https://sfera.az
archiveBu xəbər 26 Fevral 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see272

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see253

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see241

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see236

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see233

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see221

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see220

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see218

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see213

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see210

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see206

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see205

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see200

Yaxın Şərqdə köhnə status kvoya qayıtmaq mümkün deyil

05 Sentyabr 2026 00:56see193

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see187

Zamiq Əliyev oynadı, Eqnatiya ya ardıcıl üçüncü qələbəsini qazandı

05 Sentyabr 2026 02:21see182

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see178

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see178

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see175

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri