Icma.az
close
up
RU
MİQ və sertifikasiya imtahanları DİM ə verilə bilər? AÇIQLAMA

MİQ və sertifikasiya imtahanları DİM ə verilə bilər? AÇIQLAMA

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirilən brifinqdə Modern.az-ın əməkdaşının sualını cavablandıran zaman bildirmişdi ki, Elm və Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzinin (DİM) sıx əməkdaşlığı var, lazım olanda bir-birlərinə kömək edirlər.

Bu əməkdaşlıq hansı sahələrdə edilir, Elm və Təhsil Nazirliyinin keçirdiyi MİQ və sertifikataşdırma imtahanlarında DİM-in təcrübəsinə müraciət olunurmu? Bu və digər suallara cavab almaq üçün Elm və Təhsil Nazirliyininə mürüciət etsək də, sorğumuza cavab verilmədi.

Mövzu ilə bağlı saytımıza danışan təhsil eksperti Elmin Nuri bildirib ki, Elm və Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasındakı münasibətləri yüksək qiymətləndirir:

“Yalnız proseslərin içərisində olan şəxslər bu əlaqələrin hansı istiqamətdə getdiyinin, pərdə arxasında nələrin müzakirə olundğunun, iki qurum arasındakı əlaqələrin nəyə xidmət etdiyinin fərqində ola bilərlər. Ola bilsin ki, vətəndaşlar bunun fərqində olmaya bilərlər. Amma pərdə arxasında gücləndirilən əməkdaşlıqlar yüksək dəyərləndirilməlidir. Mümkündür ki, hansısa illərdə keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Təhsil Nazirliyi arasındakı münasibətlərdə müəyyən soyuqluq olub. Amma son bir neçə il üçün deyə bilərəm ki, bugünkü ETN və DİM rəhbərliyi arasında qarşılıqlı əməkdaşlıq sürətlə inkişaf edir.

Müəllimlərin işə qəbulu (MİQ) və sertifikasiya prosesində ortaq əməkdaşlığın olacağını düşünmürəm.

Dövlət İmtahan Mərkəzi bir çox qurumlardan imtahan keçirmək üçün sifariş alır və həyata keçirir. Amma Elm və Təhsil Nazirliyi öz tabeliyində olan müəllimlərin işə qəbulu və sertifikasiyası üçün bu prosesi özü həyata keçirir. Demək ki, onların seçimləri budur. Sosial şəbəkələrdə çox rəylər oxuyub görürük ki, cəmiyyət içərisində bu imtahanların DİM tərəfindən keçirilməsini istəyənlər var. Amma görürük ki, ETN bu fikirdə deyil. Burada mənfi və müsbət halların olması ayrı mövzudur, amma fakt olaraq bu proses Nazirlik tərəfindən həyata keçirilir. DİM burada ETN-ə töhfə verə bilər. Məsələn, DİM Nazirliyin alt qurumları ilə müzakirələr apara, öz təcrübələrini onlarla bölüşə bilər. DİM son 10 il ərzində dünyada imtahan keçirən qurumların təcrübəsini öyrənib və tətbiq edir. Burada da prosesə nəzarət etməsələr də məsləhətverici funksiyada çıxış edə bilərlər”.

E.Nuri deyib ki, DİM imtahan keçirmə və qiymətləndirmə ilə bağlı dünya çapında sertifikat almış bir qurumdur:

“Bu qurum təbii ki, imtahan prosesini Elm və Təhsil Nazirliyindən, yaxud digər hər hansı qurumdan daha yaxşı keçirəcək. Amma bir qurum özünə məxsus olan prosesi ona etibar etmirsə, buna qarışa bilmərik. Biz bu gün ETN-ə deyə bilmərik ki, səlahiyyətində olan imtahanları DİM-ə təhvil versin. Problemlər var, bunları həll etmək üçün Nazirlik DİM-lə əməkdaşlıq edə bilər. DİM mövcud problemlərin həlli istiqamətində öz paketlərini hazırlayıb Nazirliyə təqdim edə bilər. Mən bu addımı alqışlayaram. Hələlik razı deyiləm ki, ETN kənarda qalsın və imtahanlar DİM-ə həvalə edilsin. Amma ola bilsin ki, Nazirlik özü bununla bağlı qərar versin. Bu zaman da Nazirlik sifarişçi olaraq DİM-ə müraciət edəcək, qurumlar arasında müqavilə bağlanacaq. Biz siravi vətəndaş olaraq buna qarışa bilmərik. Bu zaman da Nazirlik sifarişçi olur. Amma ETN DİM-in sifarişçilərindən biri olmaq istəmirsə, biz onu nədəsə günahlandıra bilmərik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 May 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see479

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see368

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see316

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see304

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see267

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see263

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see258

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see258

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see248

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see238

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see233

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see229

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see225

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see220

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see213

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see211

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see202

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see201

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see198

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri