Icma.az
close
up
RU
MİQ imtahanlarının ödənişli olması Təhsil haqqında qanunla ziddiyyət təşkil edir Fazil Mustafadan ETİRAZ

MİQ imtahanlarının ödənişli olması Təhsil haqqında qanunla ziddiyyət təşkil edir Fazil Mustafadan ETİRAZ

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Ötən gün  keçirilən yeni tədris ilinə dair media birifinqində elm və təhsil naziri Emin Əmrullayev müəllimlərin işə qəbulu (MİQ) imtahanlarının ödənişli olacağını bildirib. O, bildirib ki, bu məsələyə Milli Məclisdə baxılır.

Qeyd edək ki, "Təhsil haqqında" qanunun 14.3 maddəsində göstərilir ki, Аzərbaycan Respublikasında dövlət təhsil müəssisələri bilavasitə mənfəət əldə etmək məqsədi güdmür. 

Bəs MİQ imtahanlarının ödənişli olması ilə bu qanun ziddiyyət təşkil edirmi?

Redaktor.az-a mövzu haqqında danışan Milli Məclisin komitə sədri Fazil Mustafa bildirdi ki, bu, əlbəttə ziddiyyət təşkil edir.

"Ümumiyyətlə, insanların imtahana girməsini dövlət təşviq eləməlidir. Elmin, təhsilin inkişafı baxımından bu həyata keçirilməlidir. Dövlətin marağı budur ki, insanlar daha çox bilik əldə eləsinlər, daha çox təhsilə yönəlsinlər və daha çox cahil əhalinin sayı azalsın. O baxımdan da biz burada maneələri artıranda, pullu təhsil, pullu imtahan şəbəkəsini genişləndirəndə, onda insanların məhz bu amil üzərindən təhsilə meyllənməsinin qarşısını alırıq. O baxımdan da məncə təhsildə və təhsil müəssisələrində, təkcə bura aid deyil, idman qurğularında, idman müəssisələrində, bu hədsiz dövlət adına qurulmuş publik hüquqi şəxslər olsun, dövlətin büdcəsindən maliyyələşən qurumlar olsun, bunlar mənfəət barədə düşünməməlidirlər və qeyri-kommersiya fəaliyyəti kimi baxmalıdırlar".

Millət vəkilinin sözlərinə görə, biz təşviq eləməliyik ki, insanlar təhsilə yönəlsin, idmana yönəlsin:

"İndi bizdə musiqi təhsili də əslində mahiyyətcə belədir. Həm də insanlar onsuz da pullu təhsil alırlar, artıq pulsuz təhsil anlayışı gündəmdən çıxmağa başlayır. Çünki böyük əksəriyyət repetitorun yanına gedir və ora pul ödəməli olurlar. Bu, ailə büdcəsindən gedən puldur və əhalinin yoxsullaşmasına səbəb olan amildir. İmtahanlara da bunu əlavə edəndə, onda bu ağlasığmaz bir şey ortaya çıxa bilər. Ona görə də mənim düşüncəmə görə qanuna uyğun olaraq təhsil müəssisələrində bu cür imtahanın pullu modelinə keçidi təşviq eləmək lazım deyil. Ola bilsin ki, hansısa bir əlahiddə sahələr var, orada bu tələb oluna bilər. Amma kütləvi halda bu formada imtahan modellərinin təşviq edilməsi və tətbiq edilməsi yaxşı nəticələr doğurmaya bilər".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Sentyabr 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see258

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see170

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see154

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see144

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri