Icma.az
close
up
RU
MİQ üzrə müsabiqədə ödənişli iştirak namizədləri daha ciddi hazırlaşmağa sövq edəcək Elçin Mirzəbəyli

MİQ üzrə müsabiqədə ödənişli iştirak namizədləri daha ciddi hazırlaşmağa sövq edəcək Elçin Mirzəbəyli

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Təklif olunan dəyişiklikdə müəllimlərin işə qəbulu üzrə imtahanda ilk dəfə iştirak edən bütün vətəndaşlar üçün tamamilə ödənişsiz əsasların saxlanılmasını nəzərdə tutur. Bu, dövlətin sosial yönümlü siyasətinə tam cavab verir və vətəndaşların ilk cəhddə bərabərlik hüququnu məhdudlaşdırmır.

Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli komitənin bugünkü iclasında “Ümumi təhsil haqqında” Qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, ödəniş yalnız təkrar müraciətlərdə tətbiq olunur:

“Yəni, söhbət ümumi hüququn məhdudlaşdırılmasından deyil, resurslardan daha məsuliyyətli istifadənin təşviqindən gedir.

Digər tərəfdən, təklif olunan dəyişiklik ictimai və iqtisadi zərurətdən irəli gəlir. Hər il minlərlə insan imtahanlarda iştirak edir və dövlət büdcəsindən ciddi vəsait sərf olunur. Təkrar müraciətlərin çoxluğu isə əlavə maliyyə yükü yaradır.

Büdcənin qənaətlə idarə olunması dövlətin əsas vəzifələrindən biri olduğu üçün prosesə bütün iştirakçı tərəflərin məsuliyyətlə yanaşması zəruridir.

Layihədə sosial ədalət prinsipi tamamilə qorunur. Çünki əlilliyi olan şəxslər, şəhid ailələri, müharibə veteranları, aztəminatlı ailələrin üzvləri və ilk dəfə müraciət edənlər bu ödənişdən tam azaddırlar. Bu istisnalar həm Konstitusiyanın bərabərlik prinsipinə, həm də dövlətin sosial siyasətinə uyğun olaraq ən həssas təbəqələri müdafiə edir.

Təklif olunan dəyişiklik məsuliyyətli yanaşmanı təşviq edir. Təkrar imtahanların ödənişli olması namizədləri daha ciddi hazırlaşmağa, ilk cəhddə uğur qazanmağa sövq edəcək ki, bu həm müəllimlərin peşəkarlıq səviyyəsinə, həm də təhsil sisteminin keyfiyyətinə müsbət təsir göstərəcək.

Nəhayət, bu dəyişiklik beynəlxalq təcrübəyə də uyğundur. Bir çox ölkələrdə müəllimlərin işə qəbul proseslərinin təkrar mərhələlərində rüsum tətbiq olunur. Bu, nəinki hüquqların pozulması kimi, əksinə, ədalətli və məsuliyyətli idarəetmənin tərkib hissəsi kimi qiymətləndirilir”.

Deputat vurğulayıb ki, ödənişli iştirak sistemi beynəlxalq praktikada iki başlıca şərtə əsaslanır:

“Birincisi, ədalətlilik – yəni ödənişdən aztəminatlı və həssas sosial qruplar azad edilir. Bizim layihədə də məhz bu mexanizm nəzərdə tutulur: təkrar imtahanlar zamanı əlilliyi olan şəxslər, şəhid ailələri, müharibə veteranları və aztəminatlı ailələr ödənişdən azaddır.

İkincisi, məsuliyyətlilik – ödəniş mexanizmi namizədləri daha ciddi hazırlaşmağa və imtahana məsuliyyətlə yanaşmağa sövq edir”.

E.Mirzəbəyli qeyd edib ki, bu dəyişiklik dövlət büdcəsinin səmərəli istifadəsinə və müsabiqə iştirakçılarının məsuliyyətli davranışına xidmət etdiyi üçün dəstəklənməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 11 Sentyabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see258

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see170

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see154

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see144

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri